Qədim Yunanistanda iqtisadi fikrin təşəkkülü və inkişafi

İqtisadiyyat haqqında söhbət edərkən, bir qayda olaraq, bu sözün ilkin şərhini vermiş qədim yunanlar haqqında düşünməli oluruq. Lakin cəmiyyətin davranış qaydaları, faydalı fəaliyyətləri haqqında bəhs edən iqtisadiyyat lap qədim dövr­lərdən bəri mövcud olsa da ancaq bir elmi təfəkkür tərzi kimi, uzun müddət elmin müxtəlif sahələri ilə bağlı öyrənilmişdir. Özü də bu proses Qədim Yunanıstanda özünə xüsusi məkan qazanmışdır. Heç də, təsadüfi deyildir ki, biz iqtisadiyyat haq­qında danışarkən, bu məfhumun mənşəyini yunan sözü olan «təsərrüfat» və «qanun» olduğunu qeyd etməli oluruq.
"İliada" və «Odisey» əsərlərində sərvətin mənbəyi, natural təsərrüfat, xüsusən, taxılın, heyvanların yığımı hər cür məh­sul­ların ehtiyatı sayılırdı. Kənd təsərrüfatı işləri ilə məşğul olmaq azad adamların ləyaqətli işi hesab olunurdu. 
Yunanıstanda e.ə. VIII-VII əsrlərdə sənətkarlığın əkinçi­likdən ayrılması, ticarətin genişlənməsi, eləcə də sələmçiliyin güclənməsi, bir tərəfdən adamların torpaqdan məhrum olun­masına gətirib çıxa­rırdı, digər tərəfdən cəmiyyətin Polisey (şə­hər-dövlət) deyilən, xüsusi qrupu meydana gəldi ki, onlar da kollektiv şəkildə qullara, digər asılı adamlara və yadelli adam­lara qarşı dururdular. Poliseyaya daxil olan vətəndaşlar, torpaq və qullar üzərində hakim mövqedə dayanmaq hüququnu da­şıyırdılar.
Ardı →