Peripatetizm
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
İlk öncə qeyd edək ki,bu əxlaq deyilən anlayışın mahiyyətində nələr gizlənir.Onun mahiyyətini qurdalasaq bizi hansı sehirli qüvvələr qarşılayacaq.Əslində heç bir sehirli qüvvə ilə qarşılaşmayacağıq deyənlərə qabaqcadaq demək istərdim ki,dostum,məncə sən yanılırsan.Niyə deyə sual versən mən sənə əxlaqın əslində necə böyük qüvvəyə sahib olduğunu açıqlamaq istərdim.Çünki onun mahiyyətində sadəcə insanların bir-biriləri ilə davranışlarını və bir-birilərinə bəslədikləri münasibətləri deyil,həmdə bəlkə də çoxunuza hələ də bəlli olmayan məqamların olduğunu qeyd etmək gərəyini özümdə hiss edirəm.Bunun üçün,gərək əxlaq dənizinin genologiyasına baş vurmağı bacarasan.Məsələn,bunun üçün aşağıdakıları qeyd etmək məncə daha doğrusu olardı.
Ərəstun adı ilə xalq arasında tanınmış Aristotel (E.ə. 384-322) Qədim Yunanıstanın ən görkəmli filosofu və alimidir. O, Yunanıstanın Stagir koloniyasının indiki Xalkis şəhərində anadan olmuşdur. Aristotel e.ə. 367-ci ildə Afinaya gələrək Platonun şagirdi olub. Platonun məktəbi Afina yaxınlığında qədim Yunan əfsanəvi qəhrəmanı olan Akademin heykəli yanında yerləşirdi. Orada kölgəli bağda Platon öz şagirdlərinə mühazirə oxuyub, söhbətlər edirdi. Buna görə də onun məktəbi xalq arasında Akademiya (Platon Akademiyası) adlandırılmışdır. Akademiya sözü də oradan götürülmüşdür. Aristotel 20 il Platon «akademiyası»nda iştirak etmişdir.