Avstraliyanın iqlimi

Avstraliyanın mərkəzi hissəsinin okeanlardan uzaqda yerləşməsi okeanların daxili əraziyə təsirinin az olması ilə nəticələnir. Tropik iqlimin hakim olduğu ərazilərdə bitki örtüyü kasıbdır. İlin soyuq dövründə bu ərazilər otlaqlar kimi istifadə olunur.


Davamı →

Avstraliyanın relyefi

Avstraliya, əsasən düzənlik ərazidir. Bu materikdə yüksək cavan dağlar yoxdur. Materikin sahil xətləri litosfer tavasının sərhədi ilə üst-üstə düşmür. Ona görə də, Avstraliya seysmik cəhətdən daha sabitdir. Materikdə fəaliyyətdə olan vulkan yoxdur.

Avstraliyanın böyük hissəsi qədim platformadır. Əvvəllər dağ olmuş ərazilərin platformaya çevrilməsi prosesi milyon illəri əhatə edir. Dağlar öz seysmik fəallığını itirir, tədricən dağılır, hündürlüyü azalır və onlar düzənliyə çevrilir.

Bu uzunmüddətli proses nəticəsində Yer qabığının fəal zonaları (geosinklinallar) sabit ərazilərə (platformalara) çevrilir.


Davamı →

Avstraliyada yaşamaq üçün tələblər

Həyatını dəyişib xaricdə yaşamaq fikri hər bir insanın ağlından keçə bilər. Əgər belə fikirlər sadə arzu çərçivəsindən çıxırsa, artıq onu həyata keçirmək yollarını axtarmaq lazımdır. Arzunun gerçəkləşməsi, ilk növbədə, bu ölkəni seçməklə başlayır. Əksəriyyət doğma olan materiki ilə kifayətlənir, lakin okeanın o tayına köçmək istəyənlər də var. Amerika Birləşmiş Ştatları ilə yanaşı bu cür uzaq istiqamətlər arasında Avstraliya da böyük rəğabət qazanıb.

Ölkə iqlim, təhlükəsizlik və sosial təminat səviyyəsi üzrə reytinqlərdə liderliyini qoruyur. Avstraliyaya immiqrasiya imkanlarını araşdırarkən məlum oldu ki, bu ölkənin potensial vətəndaşlarına yüksək tələblər irəli sürülür.
Davamı →

Zəhərli evkalit yarpaqları ilə qidalanan Koalalar

Koala Avstraliyada yaşayan kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üzərində keçirirlər.

Evkalipt ağacı koalalar üçün həm ideal qorunma məkanı, həm də qida və dərman mənbəyidir. Evkalipt yarpaqları bir sıra tibbi təsirə malikdir. Bu yarpaqlar efir yağı ilə zəngindir. Bu yağın kimyəvi tərkibi bir çox heyvan üçün öldürücüdür, yəni zəhərlidir. Koalanın qaraciyəri bu maddənin zəhərini zərərsizləşdirən xüsusi sistemə malikdir. Bu səbəbdən, koalalar digər canlılardan fərqli olaraq bu zərərli bitkini rahatlıqla qida kimi istifadə edirlər.

Koala evkalipt budaqlarında hərəkət edərkən, bu yarpaqların yağları heyvanın bədəninə də sürtülür. Bədənə sürtülən yağın bir hissəsi havaya sovrulur, digər hissəsi isə bədəndə qalır. Bu isə heyvanın bədənindəki parazitlərin yerə tökülməsini təmin edir.


Ardı →

Avstraliya köçərilərinin mədəniyyəti

Avstraliya aborigenlərinin incəsənətini fəaliyyətin digər sahələrindən ayıran dürüst sərhəd mövcud deyil. Onların danışdığı dillərin heç birində «incəsənət» anlayışına müvafiq olan istilah yoxdur. Lakin təsviri sənət, rəsm çəkmək, ağac və daş üzərində oyma, habelə mahnı ifası, hekayə və nağıl söyləmə, ayin mərasimləri üçün müəyyən adlar mövcuddur.
Aborigen incəsənəti ayrılmaz surətdə totemizmlə, totemlərə sitayiş etmə ilə bağlıdır, bu xüsusilə mərasim rəqslərinin, pantomimanın, bədənin dərisi üzərində rəsm çəkmə və plastikanın sintezi olan korrobori kimi ənənəvi müqəddəs mərasimləri zamanı özünü parlaq surətdə büruzə verir. Bu halda aborigenlər bədənlərini qeyri-adi fantaziya ilə rəngləyirlər. Qəhvəyi, sarı və qırmızı boyalar üstünlük təşkil edir, hər biri xüsusi məna kəsb edən bəyaz nöqtə və cizgilər də az olmur. Daha güclü plastik təsirə nail olmaq üçün aborigenlər bəzən bədənlərinə yumşaq tüklü ağ və qırmızı quş lələkləri yapışdırır, bir yığın tutuquşu lələyindən saqqal düzəldir, qaz tükünü yumrulayıb iri kürələr düzəldərək boyunlarından asırlar.


Ardı →

Avstraliya və Indoneziyanın öyrənilməsi

1606-cı ildə Avstraliyanın Torres tərəfindən kəşfi 150 ildən artıq gizli saxlanıldı. Manilanın ingilislər tərəfindən işğal olunması Torresin arxiv materiallarının ələl keçməsinə səbəb oldu. Materiallar araşdırılarkən materikin çoxdan ispanlar tərəfindən aşkar olunmasına baxmayaraq hələ də gizli saxlandığı məlum oldu. Bundan sonra Avstraliya ingilislər tərəfindən sürətlə tədqiq olunmağa başlandı.
1788-ci ildə Port-Ceksondan təlqiqat işləri başlandı. Hazırda Avstraliyanın şimalında adına çay olan Metyu Flinders Corc Bassla birlikdə Botani-Bey körfəzi və Corc çayının tədqiqinə başladılar.


Ardı →

Avstraliya Milli Universiteti

Avstraliya Milli Universiteti (Australian National University ) Avstraliyanın ən nüfuzlu və tanınmış dövlət ali məktəbidir. Universitet Avstraliyanın paytaxtı Kanberra şəhərində yerləşir. Avstraliya Milli Universiteti Avstraliyanın ən nüfuzlu səkkiz ali təhsil müəssisəsini cəmləşdirən «Səkkizlik qrupu»na, «Sakit Okean Regionu Universitetləri», «Astronomiya Tədqiqat Universitetləri» assosiasiyalarına və «Beynəlxalq Tədqiqat Universitetləri İttifaqı»na daxildir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Avstraliya Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 17-ci yerdə sıralanıb.


Ardı →

Avstraliya və Okeaniya ölkələri

Hazırda regiona daxil olan 15 müstəqil ölkələrdən Avstraliya və Yeni Zelandiya IEÖ, qalan 13 ölkə isə IOÖ-lər qrupuna daxil olub. Okeaniya adalarında yerləşirlər. ABŞ və Qərbi Avropa ölkələri Okeaniya adalarının əlverişli coğrafi mövqeyindən istifadə edərək burada iri hərbi bazalar yaradıblar. Gözəl landşafta malik Okeaniya adalarında beynəlxalq turizm inkişaf etmişdir.


Ardı →

Avstraliya

Avstraliya dünyanın ən kiçik materiki olub, sahəsi 7,6 mln2 km-dir.
Avstraliya xəritəUcqar nöqtələri. Şimalda-York burnu, cənubda- Cənub-şərq burnu, qərbdə-Stip-Poynt burnu, şərqdə- Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır.
O, qərbdən Hind, şərqdən Sakit okeanı ilə əlaqələnib. ən iri körfəzi –Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Tasman adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.


Davamı →