Ağlagəlməz Qatillər

Azərbaycanın novator qızı, sürücü-mexanik Sevil Qazıyeva və məşhur Amerika rəqqasəsi Aysedora Dunkan bir-birlərini heç zaman görməyib, tanımayıblar. 

Hərəsi Ərzin müxtəlif guşələrində – min kilometrlərlə aralıda, fərqli dövr və siyasi-ictimai quruluşda yaşayıb, ömür sürüblər. Tanınıb-seviliblər. Müxtəlif tərzli həyat keçiriblər. Fəqət ömürləri bir-birinə bənzər ağlagəlməz tərzdə faciə ilə sona yetib...

Davamı →

Yesenin və Dunkan

  • Sevgi
Qızılı saçlı şairin çoxlu sevgi əlaqələri olub, o, qadınları tez-tez dəyişirdi. Lakin bütün romanları ötəri, keçici idi, Zinaida Rayx və Aysedora Dunkanla olan əlaqələrindən başqa. Yesenin yalnız onlar haqqında deyirdi ki, bu qadınları həqiqi məhəbbətlə sevib. Şairin hər iki sevgilisinin taleyi faciəli sonluqla bitir: Zinaida Rayx öz evində qətlə yetirilir, Aysedora Dunkan isə şərflə boğularaq öldürülür.

Aysedora Dunkanı müasir tərzdə rəqs edən ilk rəqqasə, striptizin banisi, görkəmli balerina adlandırırlar. Aysedora hara gedirdisə, arxasınca qalmaqallar və macəralar şleyfi (qadın paltarının yerlə sürünən uzun dal ətəyi – tərc.) də ardınca gedirdi. O, hətta bir dəfə səhnədə “ədəbsiz” hərəkət etdiyinə və tamamilə açıq-saçıq paltarla çıxdığına görə həbs olunmuşdu.
Davamı →