Azərbaycanda cizgi filmlərinin yaranma tarixi


Azərbaycanda cizgi film yaratmaq istəyi və bu istəyin həyata keçirilməsi XX əsrin 30-cu illərinə aid edilir. “Azərbaycanfilm” studiyası bu işdə xüsusi səy görsətmiş, lazım olan texniki avadanlıqları Moskvadan alıb gətirmişdir.

“Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərinin çəkilişi zamanı texniki animasiyadan istifadə edilmiş, “Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Bu film kinostudiya işçiləri üçün stimul rolunu oynadı və bir qrup təşəbbüskar da cizgi filmi yaratmaq qərarına gəldi. Cizgi filmlərinin mövzusu xalq nağıllarından götürülürdü. 

A.Papov tərəfindən “Abbasın bədbəxtliyi” adlı ssenari yazıldı və filmin operatoru Q.Yegiazarov, rejissoru E.Dikaryov oldu. Filmdə nümayiş olunan rəsmlər isə Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyevə məxsus idi.
Davamı →