Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı?

II Abdülhəmid bunu nəzərdə tutaraq demişdi ki, “Dövləti məndən sonar 10 il idarə edə bilsinlər, 100 il saysınlar”. Məlumdur ki, II Abdülhəmid 1909-cu ildə taxtdan salınmışdı. Heç on il keçməmiş Osmanlı dövləti 1918-ci ildə “Mudros Barışığı” ilə süqut etdi. Təbiidir ki, yeni dünya nizamında Azərbaycan Cümhuriyyəti anlayışı yox idi. Bunu mənbələrdə aydın görmək olur. O zaman məqsəd parçalanan Zaqafqaziya Seyminin yerində Cənubi Qafqazda iki dövlət qurmaq idi. Ermənistan və Gürcüstan dövləti. Buna görə də bizim ərazilərimizin bir hissəsi tam olaraq Ermənistanda, mühüm bir hissəsi də Gürcüstandadır. Bu düzənin qurulması üçün I Dünya müharibəsi də təsadüfən törədilməmişdi. Məqsəd yeni xəritələr təşkil etmək, parçalanan dövlətlərin yerində yeni dövlətlər qurmaq idi. Bu baxımdan Türkiyə də Azərbaycan ilə eyni taleyi bölüşürdü.
Davamı →