Bakı 1917-1920-ci illərdə

1917-ci ildə Rusiyada fevral inqilabı baş verdi. İnqilabın qələbəsi çar imperiyasının bütün xalqlarını ayağa qaldırdı və onları istiqlaliyyət və muxtariyyət uğrunda mübarizəyə ruhlandırdı. Martın 2-də II Nikolay taxt-tacdan əl çəkdi. Rusiyada iki hakimiyyətlik yarandı: Müvəqqəti hökümət və Sovetlər. Martın 9-da Dövlət dumasının Zaqafqaziyadan olan deputatlarının təşəbbüsü ilə Müvəqqəti hökümət Zaqafqaziyanı idarə etmək üçün xüsusi bir komissiya yaratdı. Komissiyanın tərkibinə A.Xarlamov (sədr), M.Y.Cəfərov və M.İ.Papacanov daxil edildi. Peterburqdan gələn komissiya birinci növbədə Bakıda yığıncaq keçirdi.
Davamı →

Azərbaycan Demokratik Respublikası

Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) — Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
Davamı →

AXC süqutu

1919-cu ilin sonu və 1920-ci ilin əwəllərində Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüwələrin, siyasi partiyalann qütbləşməsi, Azərbaycanın inkişaf yollanna dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi.
Parlamentdə və hökumətdə də parçalanma baş verdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.
1920-ci ilin yanvarında Antanta ölkələri tərəfındən Azərbaycanın istiqlaliyyətinin tanınması baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi.
Davamı →

AXC-nin xarici siyasəti

1918—1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov İstanbul, Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın mərkəzlərinə səlahiyyətli səfır təyin edilmişdi. Verilən mandata görə Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi.


Ardı →

AXC-nin daxili siyasəti

Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifı ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin çağrılmasını öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edildi.


Ardı →

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması

1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi.
Mayın 26-da Gürcü milli şurası tərəfındən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi.
Davamı →

Azərbaycan Xalq Cümhuriyyəti

Rusiya imperiyanın dağılması ilə milli ucqarlarda, o cümlədən Azərbaycanda da azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqilliyi Tiflis şəhərində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncə şəhəri olmuşdu. Çünki o zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) — Bakı Kommunası hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst bolşeviklər təşkil edirdi. Bakı Kommunasının süqutundan sonra Bakıda ağalıq menşevik və eserlərin Mərkəzi Xəzər diktaturasının əlinə keçmişdi.
1918-ci il sentyabrın 15-də Bakı Türkiyə və Xalq Cümhuriyyəti qoşunları tərəfindən azad edildi. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin Bakı dövrü başladı. Xalq Cümhuriyyəti bütün Azərbaycan ərazisində bərqərar oldu.
Davamı →