Dünyanın ən yaxşı kişisi

  • Qadın
Bu günlərdə mətbuatda ağlamalı və gülməli olan bir məlumat oxudum. Sən demə, məşhur futbolçu Devid Bekhem dünyanın ən yaxşı kişisi imiş. İndi bilmirəm, Bekhemi kim dünyanın ən yaxşı kişisi seçib, amma mən bu seçimlə razı deyiləm. Çünki hər bir qadının sevdiyi onun üçün dünyanın ən yaxşı kşisidir. Bir də axı Bekhem nə edib ki, ən yaxşı kişi adını qazanıb? Bir sözlə, bu avropalılar qəribə olurlar. Onlar Elton Conu cəngavər adlandırandan sonra, bütün titulları gözümdən düşüb və mənimçün qarantiyasızdır.
Yeri gəlmişkən, deyim ki, bu avropalılar bir dəfə də Merilin Monronu gözəlliyinə görə minilliyin qadını seçmişdilər. Sən demə, bu minilliyin qadınının ayağının biri o birindən qısa imiş. Boyu isə 1.56. Üstəlik, bütün alt paltarlarına silikon qoyurmuş. Orasını-burasını silikonla, balaca pambıq döşəklərlə dombaldan Merilin Monronu da minilliyin qadını kimi qəbul etmədim.
Ardı →