Ax, bu qızların əlindən!

Bizim qızlar gözəldir. Hətta deyərdim ki dünyanın ən gözəl qızları bizim qızlarımızdır. Indi nə olsun ki, mən Azərbaycandan kənara çıxmamışam, başqa ölkələrin qızlarının gözəlliyinə bələd deyiləm?! Bunun məsələyə dəxli yoxdur. Allah “Google” yaradanın canına zaval verməsin, hansı ölkənin qızları lazımdırsa, girib “google”-da adını yazırsan bir aləm gözəl qız çıxır: “italian girls”, “spanish girls”, “brazilian girls” və s. Amma yenə də bizim qızlar ən gözəlidir. Bu mövzuda mənimlə mərc eləmək fikri olanlar uduzucaqlar!Nəysə, sözümüzün canı var, bizim qızlar həqiqətən də təbiətdən gözəldirlər, intəhası… “Yeni Ulduz 93”-ün bütün bölümlərində münsif olan məşhur oxuyanımız Mübariz Tağıyevin sözü olmasın, qızlarımızın gözəlliyinin bir “intəhası”sı var.
Ardı →