Eminin qardaşı Məmunu Vəliəhdlikdən uzaqlaşdırması
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Xilafətin Azərbaycanda həyata keçirtdiyi köçürmə, torpaq və vergi siyasəti xalqımızın bütün təbəqələrinin mənafeyinə uyğun gəlmirdi. Xilafətin soyğunçu və ağır vergi sistemi şəraitində kəndlilərin və sənətkarların var-yoxu bütün vasitələrlə əllərindən alınırdı. Bu zaman onların sərbəst və təhlükəsiz yaşaması üçün hər hansı bir təminatdan danışmağa da dəyməzdi. Vergilərin ağırlığından daha çox, onların yığılması eybəcər xarakter almışdı. Ən barbar -boyundan daş asmaq, hətta səhəng asmaq, döymək, Azərbaycan kəndlilərini uluc-«qanmaz» adlandırmaq, ailəsini qul edib əlindən almaq kimi üsullardan istifadə edilməsi xalqımızda ərəblərə qarşı dərin nifrət hissi yaradırdı. Eyni zamanda varlı adamlarınıızı, əsil-nəcabət sahibi olan əyanlarınıızı da ərəblər hüquqsuz vəziyyətə salır, yaşayış vasitəsi olan torpaq və digər əmlaklardan məhrum edir, inzibati və sosial hüquqlarını məhdudlaşdırır, onlara qarşı ayrı-seçkilik siyasəti yeridirdilər.
Babək qalası-Azərbaycan türklərinin min il bundan öncə yaratdığı azadlıq və istiqlaliyyət qalasıdır. Ulu türkün əskidən bəri tapındığı yurd yeri, tarixlər yadigarı, başı buludlara dəyən xürrəmilər məbədidir. Hər il Güneyli soydaşlarımız qədim qalanın ziyarətinə kütləvi xalq yürüşü keçirir, öz alp-ərənlik tarixini xatırlayır, əfsanəvi qəhrəman Babəki yada salıb tarixi bahadırlıq ənənələrini yaşadır. Bir millətin öz din-imanına, milli ənənə və mənəvi dəyərlərinə tapınması onun kamillik zirvəsi, özünü dərk edib dəyərləndirməsi deməkdir. Bu yolu tutan hər hansı bir xalqm kölə-qul həyatını yaşaması, yad təsirlərə düşüb əriməsi, tarix səhnəsindən silinib getməsi ağlasığmaz bir işdir. Özünə tapman bir millətin öz yaralarmı başa düşüb nəticə çıxarması, yüksək bir iradə nümayiş etdirməsi, meydana birgə çıxmaq imkanlarım dərk etməsi yeni bir amal və dünyabaxışın başlanğıcıdır.