Ballı iris

Tərkibi:Ballı iris
300 q şəkər tozu
120 q bal 
120 q kərə yağı
250 ml yağlı xama, yaxud qaymaq 

Hazırlanması:
Bal və şəkər tozunu qarışdırıb zəif odun üzərinə qoyun. Qaynara düşəndən sonra kəhrəba rəngi alanadək, təxminən 7-10 dəqiqə bişirin.
Hissə-hissə otaq temperaturunda olan kərə yağını əlavə edin. Xamanı qızdırın, qaynar olanda əlavə edin. 
Lazım olan qatılığadək bişirin. Yoxlaya da bilərsiniz: bir damla soyuq səthin üstünə salın, soyumasını gözləyin, sonra isə əlinizlə bərkliyini yoxlayın. 
Ardı →