“Qabil” pyesi | Bayron

Corc Qordon Bayron (1788-1824) “Qabil Pyesi” Əsər Üç pərdəli pyesdir. Əsərin I pərdəsinin I səhnəsində Cənnətin yaxınlığında bir yer təsvir olunur. Günəş yenicə doğur. Əsər Adəm, Həvva, Qabil, Habil ,Ada və Sellanın ibadətlə məşğul olması ilə başlayır. Öz ibadətlərinin əsnasında Adəmlə Qabilin dialoqu başlanır. Adəm Qabildən soruşur;
-Sən niyə susub qalmısan? Niyə dua etmirsən?
Ardı →

lord Corc Bayron

Bayronun həyatını araşdıranda irsilik faktorunu nəzərə almamaq olmur, çünki Bayronun yaxın qohumlarını abırlı adam adlandırmaq olmazdı. Onun atası Con Bayron birinci dəfə boşanmış qadınla evlənib Fransaya qaçmışdı. Birinci arvadı vəfat eləyib ona Avqusta adlı bir qız qoyub getmişdi. İkinci dəfə isə pula görə evlənmişdi. Bütün borclarını qaytarandan və qadının cehizini xərcləyib qurtarandan sonra o, arvadını uşaqla birlikdə atıb getmişdi.
Bayronun anası isə ipə-sapa yatmaz xasiyyətli bir qadın idi. Onun atasının əmisi tamam çökmüş malikanədə elə pozğun həyat yaşayırdı ki, onu «iyrənc lord Bayron» adlandırırdılar. Həmin bu malikanə sonradan Corc Bayrona miras qalır. Bayronun babasını «tufanlı Gek» adlandırırdılar. O da dənizdə nəvəsinin quruda apardığı əxlaqsız həyat tərzi yaşayırdı.


Ardı →

Corc Bayron

Corc Noel Qordon (Corc Bayron) 1788-ci il yanvarın 22- də Londonda yoxsullaşmış zadəgan ailəsində anadan olmuşdur. O, 1801-ci ildə London yaxınlığındakı Harrou qapalı zadəgan məktəbinə daxil olmuş, ilk şeirini də burada yazmışdır. 1805-1808-ci illərdə Kembric Universitetində oxumuşdur. 1807-ci ildə “Asudə saatlar” adlı ilk şeir məcmuəsini, 1809- cu ildə isə mürtəce romantiklər əleyhinə yazılmış “Ingilis bardları və şotland icmalçıları” satirik poemasını nəşr etdirmişdir.
Ardı →