Ümidli pessimist

Ümidli pessimist filosofun, kainatın nizamını, niyyətini, məqsədini tənqidi
Teleoloji arqument yaxud dizayn dəlili, köhnə sözlə nizam və qayə dəlili, əsas olaraq, kainatda olan tam yaxud qismən görünən nizamlılıq, məqsədlilik, lütfikarlıq, gözəllik kimi nümunələri təhlil edir. Təqdimatını, sözü gedən nümunələrdən bol-bol misallar çəkərək edir. İkinci addımda, bunların səbəbi üzərində dayanır. Anologiya (bənzətmə), yaxud təsadüf, təkamül və digər oxşar alternativ ateistik təqdimatların uğursuzluqlarını gösrətir. Və bu dəlillə, yeganə gerçək açıqlayıcı səbəb olaraq tanrının varlığına və nizamlayıcılığına varır.

Davamı →

Bertran Rasselə görə aqnostisizm nədir?

“Əslində son günlərdə baş vermiş hadisələrə görə, o qədər də xoşhal deyildim. Ancaq idarəyə çatanda sözün əsl mənasında nəşələnmişdim.

Orada anketimi dolduran növbətçi gizir dini inancımı soruşdu. Sualı soyuqdan uyuşmuş səs tellərimin ciyiltili tembriylə cavabladım: 
— Aqnostikəm.

Öncə nəsə yazmaq istədi, amma yazmağı dayandırıb qələmi vərəqdən çəkmədən başını qaldırdı:
— Mm… Bu söz necə yazılır? Əslində bilirsinizmi, bütün bu dinlər, elə sizin inandığınız da, hamısı sadəcə bir tanrıya “xidmət edir”.

Bu hadisə həbsxana günlərimdə və sonrakı həyatımda məni daimi nəşəli saxladı…” 
Bertran Rassel avtobioqrafiyasını yazarkən ilk dəfə həbs olunduğu zamanın xatirələrini bu cümlələrlə ifadə edib.
Davamı →

Sərt əxlaqi normalar fahişəliyi çoxaldır

Haçanacan namuslu olmaq yalnız qadın üçün ən önəmli bir dəyər sayılacaqsa, o çağacan da toplumun bir başında yerini bərkitmiş evliliyə qarşı, toplumun o biri başında elə bu evliliyin əkiz tayı sayıla biləcək bir adət də özünə yer eləyəcəkdir, onun adı fahişəlikdir.

Elə bilirəm, Lekkinin (William Edward Hartpole Lecky) bəlli kitabındakı bu sözləri çoxları oxumuşdur: “Fahişəlik olmasaydı, nə bizim ailələrimiz müqəddəs sayılardı, nə də xanımlarımızla qızlarımız məsum olardılar”.

Belə sözləri ancaq viktoriançı (İngiltərədə kraliça Viktoriyanın hakimiyyəti illərindəki sərt əxlaqi normalar dövrü) bir adam yaza bilərdi, ancaq burası da var, onun bu dediklərini danmaq da çox çətindir. 
Davamı →

Sevginin insan yaşamında tutduğu yer

Sevgi, özünün bitkin sayıla biləcək anlamında, yalnız elə iki kimlik arasında baş verən cinsi ilişkilər kimi anlaşılmamalıdır, düzdür, sevgi insanlar arasında cinsi ilişkilərin yaranmasına gətirib çıxarır, ancaq bu ilişkilərin gerçəkləşməsi, sevənlərin çox yüksək bir emosional coşqunluq halında, özü də onların həm psixoloji, həm də fizioloji durumlarına, sözün yaxşı anlamında, təsir göstərərək baş verir. Bu emosional coşqunluqlar isə, haracan desən yüksələ də bilər. Ancaq burası da vardır, “Tristan və İzolda”1 kimi əsərlərin örnəyindən gördüyümüz bu yüksək coşqunluq, indiyə kimi biri-birini sevmiş sayı bilinməz kişilərlə qadınların yaşamında uyğunsuzluq doğurmamış, onlar arasında heç bir anlaşılmazlıq yaratmamışdır.

Bu emeosional coşqunluğu, bədii formalarla yetərincə açıqlaya bilməyin örnəkləri çox azdır, ancaq bu duyğunun özünün baş verməsi, ən azından Avropada, gözəçarpacaq qədər çoxdur. Bir sözlə, sevginin bir toplumda, başqa birisindən daha çox gözə dəyməsi, məncə, heç də əxlaqi özəlliklərlə yox, ən çox ənənələrlə, bir də ictimai quruluşlarla bağlıdır.
Davamı →