MMC qeydiyyatı

Əgər biznesmen öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirə bilirsə, şirkət onun nəyinə gərəkdir və buradan o, nə mənfəət əldə edir? İlk baxışdan, bu sualın cavabı aydındır və hüquqi şəxsin yaradılmasında tələbat aktual deyil. Amma sizi məhdud məsuliyyətli cəmiyyət (MMC) və ya səhmdar cəmiyyət (SC) yaratmağa sövq edə biləcək iki əhəmiyyətli səbəb var.


Qeydiyyatın zəruriliyinin ilk səbəbi — sizin daşınar və daşınmaz əmlakınızın mülkiyyət iddialarından qorumaqdır. Şəxsi şirkətin qeydiyyatı, dövlətin və ya üçüncü şəxslərin iddialarından müdafiə və ya sığorta növüdür. Fərz edək ki, siz hüquqi şəxs yaratmadan bizneslə məşğul olursunuz. Kreditorlar sizin bütün daşınar və daşınmaz əmlakınıza (avtomobilinizə, mənzilinizə, torpaq sahənizə) cərimə tətbiq edə bilər.


Firmanın qeydiyyatının zəruriliyinin ikinci səbəbi ƏDV ödənişi ilə bağlıdır. Bəzi hallarda sizdən bu verginin ödəyicisi olmaq və ƏDV məbləği göstərilməklə, qaimələri təqdim etmək hüququna malik olmaq tələb ediləcək. Məsələn, ƏDV ödəyiciləri ilə işləməkdən mənfəət əldə edən iri korporasiyalara mal satarkən və ya xidmət göstərərkən bu cür məsələ meydana çıxa bilər.  


Ardı →

Biznesin qeydiyyatı

Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşa müstəqil surətdə, yaxud kiminləsə birlikdə sahibkarlıq fəaliyyəti həyata keçirmək hüququ verir. Sahibkarlıq fəaliyyəti xidmətlərin göstərilməsinin, malların satışının və qanunla qadağan olunmamış digər fəaliyyət növlərinin öz riskləri və mümkün itkiləri hesabına həyata keçirilməsini nəzərdə tutur.


Deməli, siz bizneslə məşğul olmağı qərara almısınız və bunu hansı formada həyata keçirməyi düşünürsünüz. Hər bir variantın müsbət və mənfi xüsusiyyətlərini nəzərdən keçirək.


Ardı →

İqtisadi terminlər

AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ - səhmlərini müstəqil surətdə abunəçilər arasında özgəninkiləşdirmək hüququna malik, Nizamnamə fondunun minimum məbləği 20 milyon manatdan az olmayan səhmdar cəmiyyətdir;.
ADEKVAT MƏNFƏƏTLİLİK(adequate profitability) — Aktivlər əvəzolunmanın amortizasiya olunmuş xərclərinə istinad edilməklə qiymətləndirildikdə, qiymətləndiricinin həmin xərclər barədə rəyini əsaslandıra biləcəyinə təminat vermək məqsədilə təşkilatın istifadə etdiyi yoxlama meyarı.
ADVALOR VERGİ(ad volorem tax)-Əmlakın peşəkar ekspert-qiymətləndirici tərəfindən müəyyənləşdirilməli olan dəyərindən faizlə hesablanan vergi.


Davamı →

Müəssisənin yenidən qurulması və sağlamlaşdırılması problemləri

Müflisləşmiş müəssisənin yenidən qurulması onun strukturu və fəaliyyəti istiqamətinin dəyişdirilməsi yolu ilə həyata keçirilə bilər. Bu məqsədlə yenidənqurmanı təşkilatçısı müəssisənin əmla­kı­nın hamısını və ya müəyyən həssəsinin digər təsərrüfat sub­yektinə sata bilər. Adətən borclu müəssisə və ya onun əmlakının mülkiyyətçisinin nümayəndəsi əmək kollektivi və kreditorların bir hissəsi yenidənqurma yolu ilə müəssisənin sağlamlaşdırılmasına başlanılmasında maraqlı olurlar. Müəssisənin yenidən qurulmasının 2 forması vardır: borclunun əmlakının xaricdən (kənardan) idarə edilməsi və sanasiyası (sağlamlaşdırma).Beynəlxalq təcrübəyə görə borclunu əmlakının kənardan idarə edilməsi zamanı müəssisənin idarə edilməsi arbitraj rəhbərinə keçir.

Davamı →