Bladovedin hekayəsi

Elflərin və pərilərin yaşadğı çox qədim zamanlarda Bladoved adlı gözəl bir qız var idi. Adının mənası Gül qız demək idi. Heç kim onun fikirlərini, düşüncülərində kimin olduğunu anlaya bilmirdi. Ancaq onu bir dəfə görən kəslər heç vaxt onu unuda bilmirdi.

Aylı gecələrin birində o gölə gedib üzmək istədi. Gölə gəlib paltarlarını çıxaran Bladoved özünü sərin suların ağuşuna atdı. Ancaq göldən çıxdığı vaxt paltarının qoyduğu yerdə olmadığını görüb kədərləndi. Paltarlarını tapmaqdan ümidini üzüb ağlaya-ağlaya bu sözləri dedi: «Paltarlarımı mənə geri qaytaran insan mənimlə evlənəcək».

Bu sözləri təzəcə deyib qurtarmışdı ki, ağacların arasından zavallı qızın paltarlarını tutmuş bir oğlan çıxdı. Bladoved ağlamağa başladı, axı indi o ölümlü bir insanla evlənməli idi.

Oğlanın gözlərinə baxaraq belə söylədi: — «Mən səninlə evlənəcəyəm, ancaq bir şeyi yadında saxla. Əgər haçansa mənim pəri olduğumu üzümə vursan, məni vursan və mənə xəyanət etsən bil ki, məni ömürlük itirəcəksən».
Ardı →