Bu da keçər

Bir padşah varmış. Özü də çox duyğulu, tez dolub-boşalan adam imiş.

Sevinəndə dəli kimi sevinər, üzüləndə də ölürmüş kimi dərdə-qəmə batarmış. Bu padşah bir gün məmləkətə car çəkir ki, onu bu zəifliyindən hansı loğman, hansı təbib qurtara bilsə, həmin adamı dünya malından qane edəcək, amma qurtara bilməyənin də boynunu vurduracaq.

Kim bu işə girişər? Təbib-loğman canından bezməyib ki? Nəhayət, dünyagörmüş, saçı-saqqalı dümağ bir dədə gəlir padşahın yanına və deyir:

— Ay oğul, dərddən qurtarmağın birinci işi onu olduğu kimi qəbul eləməkdir.


Ardı →