13-cü əsrdən dünyaya tolerantlıq dərsi verən Mövlana

Mövlana Cəlaləddin Rumi son illər Qərbdə ən çox oxunan şairlərdəndir. Onun ingilis dilinə tərcümə edilən əsərləri yüz min tirajlarla satılır. Madonna kimi məşhur sənətçilərin albomlarında onun şeirlərinə yer verilir. Bununla da həm ona olan sevgi və hörmətlərini ifadə edirlər, həm də onu sevənlərlə ünsiyyət yaratmış olurlar. Məsələnin maraqlı tərəfi isə odur ki, onu oxuyanlar arasında müxtəlif dinlərdən, inanclardan, irqlərdən və sosial qruplardan insanlar var.

Halbuki daha on il əvvələ qədər onu yalnız elmi çevrələrdə tanıyırdılar. Bu gün isə Amerikanın ədəbi mühitində həyəcanverici və fəlsəfi bir gücə çevrilmişdir. Ən əhəmiyyətli tərəflərindən biri isə öz mesajlarını heç kimi incitmədən çatdırması və hər kəsi qucaqlayaraq, özünə doğma bilməsidir. Buna görə də Mövlananı sıravi bir sufi kimi, hindi, buddist və ya yəhudi rahiblərinə bənzətmək olmaz.
Davamı →

Mövlana Cəlaləddin Rumi

«Eşq davaya bənzər, cəfa çəkmək də şahidə: şahidin yoxdursa, davanı qazana bilmərsən» — bu möhtəşəm sözün sahibi Mövlana Cəlaləddin-i Belhi Rumidir. Mövlana həzrətləri 30 sentyabr 1207-ci ildə Əfqanıstanın Belh bölgəsində doğulmuşdur. Mövlana dünya tərəfindən tanınmış düşüncə adamı və şairdir. Mövlana həzrətlərinin atası alimlərin sultanı olaraq bilinən Məhəmməd Bahaəddin Vələddir. Anası isə Belh Əmrinin qızı Möminə xatundur.
Əsl adı Cəlaləddin olan Mövlana Belhi adını Belh bölgəsində doğulduğu üçün, Rumi adını da Anadoluya yerləşdiyi üçün (o dönəmdə Anadolunun adı Diyar-i Rumi idi) və Mövlana adını da özünü sevən insanlar tərəfindən əfəndimiz mənasına gəldiyi üçün verilmişdir.
Davamı →

Cəlaləddin Rumi

Birinci rəşidi xəlifəsi Əbubəkrin nəslindən olduğu deyilən Mövlana Cəlaləddin Rumi 1207-ci ildə Bəlxdə doğulub. «Mövlana» din və elm adamlarına hörmətlə verilən ad olub «bizim ağa» deməkdi. «Cəlaləddin» adıdı və «dinin cəlalı» deməkdi. Atası Bəhaəddin Vələd dövrünün tanınmış din adamı idi.

Ona fəxri «Alimlər Sultanı» adı verilmişdi. Qədim bir məsəldə «Alimlər Türküstanda doğulur, Bağdadda parlayır» deyilirdi. Cəlaləddin Ruminin taleyinə də belə yazılıbmış. Və qisməti ona bütün dövrlərin və zamanların ən böyük sufi alimlərindən olan Fəriddədin Əttar, İbn əl-Ərəbi, Şəms Təbrizi ilə görüşüb kamilləşmək imkanı verdi. Vaxt gələcək Avropanın fəlsəfə nəhəngi Hegel öz dialektika nəzəriyyəsini qurmaqda bu türk oğlundan faydalandığını deyəcəkdi. Hələliksə həyatı haqda.


Davamı →