“Kitabi-Dədə Qorqud” - Xalqımızın tarix salnaməsi
Dünya mədəniyyətinə çox böyük töhfələr vermiş Azərbaycan xalqının ən möhtəşəm tarixi abidəsi “Kitabi-Dədə Qorqud” dastanıdır. VII əsrdən üzübəri ozanların Oğuz yurdunu oymaq-oymaq gəzib yaydığı “Kitabi-Dədə Qorqud” boyları bu ərazidə türk dilində danışan Azərbaycan xalqının yaşadığını sübut edən əhəmiyyətli bir mənbədir. Dastanda cərəyan edən real tarixi hadisələr Azərbaycanda baş verib.
Hələ VI əsrin sonu, VII əsrin əvvəllərində Ağqoyunlu tayfaları Dərbənddən Zəncana qədər olan geniş bir ərazidə – Böyük Qafqazın ətəklərində, Qarabağda, Naxçıvanda, Göyçə gölü ətrafında yaşayıblar. Soykökü “xanlar-xanı Bayandur xana” gedib çatan Ağqoyunlular sonralar paytaxtı Diyarbəkir olan Oğuz dövləti yaradırlar. Bu dövləti idarə edən sülalə Bayandur xanın adı ilə “Bayandurlar” adlanır. Oğuzlar Göyçə gölü ilə Arpaçay arasındakı dağları Alagöz yaylaqları və ya Alagöz dağları adlandırırdılar.
Davamı →