Qotlib Daimler

O, 1900-cü il martın 6-da vəfat etdi. Bir az da yaşasaydı yeni əsrə qədəm qoyacaqdı. Onun ixtirası isə yüz ildən artıqdır ki, yaşayır. Bu ixtira 20-ci əsrin simasını müəyyən etdi, belə ki, avtomobillərdə, təyyarələrdə, kiçik gəmilərdə yüngül daxiliyanma mühərrikləri olmadan 20-ci əsri təsəvvür etmək mümkün deyil. O dövrün bir çox modelləri arasında məhz Qotlib Daymlerin mühərrikləri gələcək inkişafın əsas istiqamətini müəyyən etdi.
Qotlib Daymler 17 mart 1834-cü ildə Şorndorfda, Rems vadisi yaxınlığında anadan olub. Bir dəfə Almaniya kayzeri bu yerdən keçərkən oranı Vürtemberqin “cənnət bağı” adlandırmışdı. Daymlerlər burada çoxdan idi ki, yaşayırdılar. Hərçənd, onların əcdadları Pottiqdən (Türingiya) idilər.
Davamı →