İdeya, funksiya, rahatlıq | insanın əşyalar aləmi
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Dizayn — ünsiyyətin bir hissəsidir. Məlumdur ki, insanın hamıdan çox danışması heç də həmişə onun hamıdan yaxşı bilməsi demək deyildir.
Şirkətin ictimaiyyətlə təmasları təkcə sözün köməyi ilə deyil, həm də mallar, xidmətlər və təşkilatın zahiri siması vasitəsilə həyata keçirilir. Dizayn siyasəti kommunikasiya siyasətinin bir hissəsi kimi nəzərdən keçirilməlidir, çünki dizayn — ünsiyyətdir. Dizaynın əsasında kommunikasiya siyasəti durduqda, problemləri daha asan aradan qaldırmaq olur.
Dizayn üzrə xidmətlər reklam agentlikləri və ictimaiyyətlə əlaqə üzrə qurumlarla əməkdaşlıq edən sərbəst rəssamlardan tutmuş, ixtisaslaşmış nəşriyyat evlərinə qədər çoxsaylı təşkilatlar tərəfindən təklif edilə bilər.