Sevginin və şiddətin qaynağı | Erich Fromm

Şiddət psixologiyanın araşdırdığı aktual məsələlərdən biridir. Bu mövzu haqda bir çox fikirlər irəli sürülmüşdür, lakin biz Erich Fromnun bu mövzu haqda araşdırmasını sizə təqdim etmək istəyirik. Erich Fromm Sevginin və şiddətin qaynağı adlı kitabında şiddətin qaynaqlandığı səbəblərin bəzi növlərini araşdırmış və qeyd etmişdir. İnsan davranışlarının öyrənilməsində şüuraltının nəzərə alınmasının vacibliyini qeyd edən psixoanaltik, şiddəti öyrənərəkən də şüuraltı məsələsini unutmamışdır.

Erich Fromm qeyd edirdi ki, şiddətin ən sadə növü oyun və ya yarışmalarda ortaya çıxan şiddətdir. Bu şiddət növü nifrətdən, yıxıcıılığa meyillilikdən yox hünər və ya cəsarəti nümayiş etdirmə istəyindən yaranır. Bu cür oyunlarda məqsəd öldürmək deyildir, əgər oyun ölümlə nəticələnərsə, bu rəqibin yanlış mövqedə olduğunu göstərər.
Davamı →

İnsan əşya deyil | Erix Fromm

Psixologiyanın artan populyarlığı bir çoxları tərəfindən “Özünü tanı” çağırışı ilə ifadə olunan Delfi idealına (1) artan marağımızın göstəricisi olaraq qəbul edilir. İnsanın özünü tanıması ideyasının kökləri Yunan və Yəhudi-Xristian ənənəsindədir, özünü tanıma həm də “Aydınlanma” hərəkətinin məqsədlərindən biri idi. İntellektual kökləri bu ənənədə olan Ceyms (2) və Freyd kimi insanlar bu marağın günümüzdə canlanmasında roloynadılar. Ancaq biz müasir psixologiyanın insanın psixi inkişafı üçün təhlükəli və dağıdıcı ola biləcək digər tərəflərini də yaddan çıxarmamalıyıq.

Müasir psixologiya bilgisi hazırki kapitalist cəmiyyətdə “özünü tanı” çağırışında nəzərdə tutulandan fərqli məna və funksiya qazanmışdır. Kapitalist cəmiyyətin mərkəzi bazardır- əmtəə və işçi bazarı; bazarda əşyalar və xidmətlər klan və qan mənsubiyyətinə və digər ənənəvi münasibət formalarına baxmadan, güc və hiylə tətbiq olunmadan sərbəst şəkildə dəyişdirilir.
Davamı →

Erix Fromm

Erix Zeliqmann Fromm (23 mart 1900 – 18 mart 1980) dindar yəhudi ailəsində doğulub yaşamışdır.
Alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biridir. Ziqmund Freyd onun həyatında mühüm rol oynamışdır, şəxsən tanımasa da şəxsiyyətini və yaradıclığını araşdırmış,yaxından tanış olmuşdur. Həmçinin də o Marksı əsas olaraq öyrənirdi. Freyd daxili, şüuraltı azadlığı, Marks isə iqtisadi azadlığı araşdırmışdır. Məsələn, “İnsan nə zaman özündə olmur? ” fikrini Marks, insan kapitalizmə xidmət edəndə özündə olmur, deyərək iqtisadi tərəfdən izah edirdi, Z. Freyd isə tamamilə süuraltı açıqlamasını verməyə çalışırdı.

İlk dəfə Erix Fromm onların ikisinin də azadlıq arayışlarını, izahlarını birləşdirərək Freydomarksizmi yaratmışdır. Bundan başqa, o Aristoteli, Spinozanı da dərindən öyrənmişdir. Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur.
Davamı →