Eynşteynin qəribə vərdişlərindən nə öyrənə bilərik?

10 saatdan çox yatmaq və corabsız gəzmək — bəlkə də dahi olmaq üçün bunlar kifayətdir.
Məşhur ixtiraçı Nikola Tesla hər gecə ayaq barmaqları ilə məşq edərdi. Yazıçı Marc J Seifer-ə görə o, hər ayağının barmaqlarını 100 dəfə sıxıb açmamış yuxuya getməzmiş. Tesla, bunun beyin hüceyrələrinə təkan verdiyini deyirdi. 20-ci əsrin ən məhsuldar riyaziyyatçısı Paul Erdos başqa növ təkanverici üsula əl atarmış: amfetamin. Beləliklə o, iyirmi saat işləyə bilirmiş.

Davamı →

Eynşteyn

Eynşteyn uşaqlıqda heç də istadadlı uşaq olmayıb. Hamıya o, inkişafdan qalmış kimi görünürdü, çox gec yeriyib, gec də dil açmışdı. 7 yaşına qədər Albert kiçik frazalardan başqa heç nə danışa bilmirdi. Hətta 9 yaşında da o, səlist danışa bilmirdi. Yalnız 10 yaşından sonra Albertin intellekti və xasiyəti formalaşmağa başlayır. Katolik məktəbə oxumağa verilmiş Albert oxumağa biganə qaldı. Gələcək alimin qiyməti 3-lə 4 arası idi. Uşaqlar hər səhər yürüşə düzülürdü. Bura məktəbdən daha çox kazarmaya bənzəyirdi.
Davamı →