Qədim Fələstin

Fələstində samilərdən əvvəlki dövrlərdə yaşamış əhali barədə arxeoloji qazıntılar və Tövratda əks olunmuş materiallar məlumat verir. Ərəbistan yarımadasından Mesopotamiyaya üz tutan sami qəbilələri Fələstindən keçib gedirmiş. Şimaldan əks istiqamətdə hirrilər, sonrakı dövrlərdə hetlər hərəkət edirmiş. Fələstində VIII-V minilliklərə aid neolit məskənləri aşkar edilmişdir. Fələstin əhalisinin böyük hissəsini qərbi sami qrupuna məxsus hanaanlar və onların bir boyu olan amorilər təşkil edirdi. Ümumi yəhudi adı ilə məlum olan samilərin növbəti köçü mənşəyinə görə amorilərə yaxın idi. Onlar yəhudi və israilli boylarına bölünürdülər. Bu qrupa müxtəlif yəhudi ləhcələrində danışan ammoni, moavi və edomi qəbilələri yaxın idi. Aralarında qanlı toqquşmalar baş verirdi. Tövrat həmin qəbilələrin yəhudi və israillilərlə etnik yaxınlığından xəbər verir.


Davamı →