Freydizm haqda bir neçə söz

Milliyətcə yəhudi olan Sigmund Freyd ( Ziqmund Freyd 1856-1939 ) Avstriyalıdır. Vyana Universitetindən tibb üzrə məzun olmuşdur. Və elə orada da uzun bir sürə həkimlik edərək sinir xəstəlikləri, dəliliklə maraqlanmağa başlamışdır.

Fəlsəfə və psixologiyada insan psixikası haqqında söylədiyi fikirlər və ortaya atdığı psixoanaliz metodu ilə adını elm tarixinə yazdıra bilmişdır.
Məsələn o, psixoanaliz metodu ilə nevroz kimi əsəb xəstəliklərinin səbəblərini axtarmağa çalışırdı. Freyd belə hesab edirdi ki, bu kimi xəstəlikərin səbəbi insan psixikasının dərin qatlarında yatır. Keçmişdə, xüsusən də uşaqlıqda ödənilməmiş qayğıları, istəkləri, narahatlıqları o, sonradan ortaya çıxan əsəb xəstəliklərinin səbəbi adlandırırdı. O, xəstələrini qəbul edərkən xüsusi metodu üzrə hərəkət edirdi. Bu metoda Freyd psixoanaliz metodu deyirdi. Bu zaman psixoloq xəstələrini rahat şəkildə danışmağa vadar edir, fikirlərini, ağlına gələn hər şeyi ona söyləməsini istəyirdi. Önəmli ya önəmsiz hər şeyin.

Freyd göstərirdi ki, insana təbiətən bir sıra şiddətlı meyillər xasdır. Libido adlanan cinsi meyl psixikanı müəyyən edən əsas amildir və bu uşaq anadan olduqdan az sonra formalaşır. Bu isə yəni seksual meylin ifadəsi cəmiyyət tərəfindən ədəb-ərkan qaydaları ilə məhdudlaşdırıldığından qadağan olunmuş arzular qeyri-şüuri sahəyə ötürülür və bunlar da sonda nevroz və bəzi psixi pozuntuların yaranmasına səbəb olur. Bu zaman belə halların baş verməməsi üçün isə o, insanı idman, iş, yaradıcılıqla məşğul olmağa səsləyirdi.


Ardı →

Şellinqin fəlsəfəsi və estetikası

Şellinqin sistemində fəlsəfə və estetika necə baxışır?


Şellinq obyektiv idealistdir, yəni bütün olanları elə başlanğıcdan çıxarır ki, bu başlanğıc dindəki Tanrı təsəvvürünə daha yaxındır. Hərçənd idealist fəlsəfə heç də, sadəcə, dinin ağıl, düşüncə prinsipi ilə yozulub təkrar edilməsi deyil. Onun üçün də varlığın substansiyası (özülü) kimi götürdüyü qeyri-maddi, ideal (yəni ideya xarakterli) güc hər hansı bir dinin Tanrısından istənilən qədər ayrılır.
Şellinqin estetikaya həsr olunmuş düşüncələri başlıca olaraq onun xeyli çətin anlaşılan «İncəsənətin fəlsəfəsi» əsərində toplanmışdır. Kitabın adında «fəlsəfə» sözü güclü təsir göstərmək xatirinə işlənməmişdir. Onun estetik düşüncələri fəlsəfi düşüncələrinin o biri üzüdür. Estetikası fəlsəfədən çıxıb o qədər uzağa getmir, çıxan kimi də tez geri qayıtmağa tələsir. Şellinq hətta bunu əsaslandırır da. Deyir: məni empirik incəsənət maraqlandırmır.

Ardı →

Ayrıca,təkcə,xüsusi və ümumi

Dialektikanın sistemində mühüm yer tutan ayrıca,təkcə,xüsusi və ümumi kateqoriyaları və onların münasibəti məsələsi fəlsəfənin qədim problemlərindəndir.


Fəlsəfə tarixində təkcə və ümuminin qarşılıqlı əlaqəsi prosesi probleminin həllində iki meyl qabarıq nəzərə çarpır: realist və nominalist meyl.Realistlər təsdiq edirdilər ki,ümumi birinci olub müstəqil surətdə,təkcədən asılı olmadan mövcuddur.Bir qisim realistlərə görə (Platon,Hegel,Mur və b.) ümumi mənəvi olub,ideal mahiyyətdir,ümumi anlayışlar,formasında mövcuddur,digər qisim realistlərə (Ksenofan,Parmenid,Zenon və b.) görə isə ümumi maddi olub,dəyişməz və eynilik təşkil kütlə və ya predmetlər qrupudur (sinif,ordu,xalq və s.).Təkcəyə gəldikdə isə realistlər onun mövcudluğunu ya inkar edir,ya da onu ümumidən asılı və ümumi tərəfindən yaradılan ikinci dərəcəli,keçici bir şey hesab edirdilər.


Ardı →

Iqtisadi fəlsəfə

İqtisadiyyatın fəlsəfi iqtisadi reallıq haqqında fəlsəfi təlimdir. O, iqtisadi reallığı tədqiqi edir, buradakı aktual problemləri üzə çıxarır, interpritasiya və ya şərh edir, iqtisadi varlığın əsasları və prinsiplərini öyrənir. Iqtisadi fəlsəfənin əsas həll etdiyi məsələ əslində “malik olmaq” yox, “necə sağ qalmaq?” məsələsidir. Bir elm kimi iqtisadiyaat fəlsəfəsi, iqtisadi biliklərin fəlsəfi qnesioloji şərhini edir, iqtisadi problemlərin həllində metodoloji baza rolunu oynayır və bir baza kimi o, fəlsəfənin qanun və kateqoriyalarından, prinsiplərindən (sistemlilik, konkretlik, inkişaf) yanaşır və Qərb və Şərq mədənəyyətlərinin iqtisadi həyata təsirini öyrənir.


Ardı →

Maks Veber

Nə üçün bir sivilizasiya uğurla inkişaf edir, digəri daim durğunluqda qalır, üçüncüsü isə, ümumiyyətlə, yer üzündən silinib gedir? Bu suallar bəşəriyyətin fikrini çox qədimlərdən məşğul edirdi və elə indinin özündə də ictimai elmlərin başlıca problemi olaraq qalır.


Nə üçün kapitalizm və demokratiya bir ölkədə kök salıb çiçəkləyir, digərində isə məğlubiyyətə uğrayır? Qərbin demokratik cəmiyyəti insanında fövqəladə nəsə varmı və o, digər mədəniyyətin nümayəndəsindən nə ilə fərqlənir? Qərb dünyasından parlamenti, Konstitusiyanı əxz edərək qanun vasitəsilə şəxsi mülkiyyəti və bazar münasibətlərini həyata keçirməyimiz kifayətdirmi ki, ölkəmiz uğurla inkişaf yoluna qədəm qoysun?


Görkəmli alman filosofu və sosioloqu Maks Veber (1864–1920) XX yüzilliyin astanasında bu suala “yox” cavabını verirdi. Veberin fikrincə, kapitalizm və demokratiyanın uğurlu inkişafı üçün insan xüsusi mədəniyyətə — həyata münasibətdə rasional və tənqidi baxışa, eləcə də, protestantizm dini təlimi və dini praktikası vasitəsilə təşəkkül tapmış əməyin kapitalist etikasına yiyələnməlidir.


Davamı →

Fəlsəfədə insan problemi haqda

Varlıq haqqında (ontologiya), idrak haqqında (qnoseologiya) təlimlərində insan problemi, xüsusilə onun mənşəyi, mahiyyəti, təbiətdə tutduğu yeri, cəmiyyətdə rolu məsələləri fundamental fəlsəfi problemlərdən biri kimi nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bu günə qədər insan onun diqqət mərkəzində olmuşdur. Bu gün artıq digər elmlər də (psixologiya, təbabət, pedaqoqika və s.) insan fəaliyyətinin bu və ya digər cəhətini öyrənməkdədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müasir elm necə inkişaf edirsə– etsin, insan, onun mənşəyi və mahiyyəti məsələlərində hələ də sirli cəhətlər çoxdur. Əslində təkzibedilməz fakt və arqumentlərlə bəşəriyyətin təşəkkülünün tarixdən əvvəlki dövrünü izah etməyə qadir olan elə bir nəzəriyyə hələ də yaranmamışdır. İnsan haqqında mövcud təsəvvürlər başlıca olaraq hipotez və fərziyyələrə əsaslanır.
Davamı →

İnsanda biolojilik və sosiallığın vəhdəti

XX əsrdə, xüsusilə onun sonunda insan probleminə diqqət daha da artmışdır. Elmin, xüsusilə insan aləminin öyrənilməsinə təbii– elmi yanaşmanın tənqidi, bu cür yanaşmanın məhdudluğunun dərk edilməsi fəlsəfənin elmlə birlikdə bütövlükdə mədəniyyətə istiqamətinin dəyişməsinə gətirib çıxarmışdır.
Hazırda informasiya cəmiyyətində insan fəaliyyətinin rolunun artması, cəmiyyətin bütün sahələrinin inkişafında insanda yara­dıcılıq başlanğıcının əhəmiyyəti, industrial sivilizasiyanın transfor­masiyasında sivilizasion dönüş mühüm yer tutmağa başlayır.


Ardı →

İctimai inkişafın bəzi konsepsiyaları

Etiraf etmək lazımdır ki, təkcə yüz il qabaq deyil, indinin özün­də belə bəşəriyyətin bərqərar olması və inkişafı haqqında vahid fikir yaranmamışdır. Buna təəccüb etmək lazım deyildir. Çünki bə­şər cəmiyyəti insan əqli tərəfindən dərk və izah edilməyən xeyli sirrə malikdir. Alimlərin fikrincə, bunun da başlıca səbəbi insan cəmiyyəti ilə məşğul olan elmlər– sosiologiya, siyasi iqtisad, tarix, demoq­rafiya hələ çox təzədirlər, inandırıcı dəlil və nəticə üçün kifayət qədər material toplamamışlar.
İctimai inkişafın qanunauyğunluqları və yaxud paradoksları haqqında mövcud olan tarix konsepsiyalarını şərti olaraq üç qrupa bölmək olar (burada ilahiyyatçı doktrinalar nəzərə alınmır).


Ardı →

Tarix fəlsəfəsi anlayışı

Sosial fəlsəfədə tarix fəlsəfəsi mühüm yer tutur. Bu da təsadüfi deyildir. Fəlsəfi biliyin xüsusi sahəsi olan tarix fəlsəfəsi dünyanın təkrarolunmaz fenomeni olan bəşər tarixini əks etdirir.
«Tarix fəlsəfəsi» anlayışını ilk dəfə elmi dövriyyəyə Volter gətirmişdir.Onun əsərlərindən biri «Tarix fəlsəfəsi» adlanır. Lakin bu heç də o demək deyildir ki, o, tarix fəlsəfəsinin banisidir. Çünki fəlsəfənin bu sahəsi Volterdən xeyli əvvəl yaranmışdır. Avropa fəlsəfə irsində bu sahədə ənənələrin mövcudluğu onun heç də Qədim Yunanıstanla əlaqədar olmasını sübut etmir.
Ardı →