Gözəl söz söyləyin!

“Danışın ki, tanınasınız, çünki insan öz dilinin altında gizlənmişdir.” (Hz. Əli)  Həqiqətən də danışmaq insanları tanımaqda çox böyük rol oynayır. Bir insanın qəlbində hiss etdikləri, zehnində gizlədiyi düşüncələri, arzuları, xəyalları, inancları, qorxuları –bunların hamısı insanın danışığı ilə üzə çıxır. Belə ki, insanların ruhi vəziyyətlərinin necə olduğu, necə ağla və vicdana sahib olduğu sərf etdiyi sözlərlə anlaşılır. Bir insanın səmimi, yoxsa saxtakar, etibarlı və ya pis niyyətli, doğru sözlü, ya da yalançı olduğu danışıq üslubu ilə dərhal bilinir. Bir sözlə, danışıq  insanın ağlının, mənəviyyatının, şəxsiyyətinin ölçüsünü ifadə edir. Səmimi insanlar hər zaman gözəl, hikmətli, doğru danışır və buna görə də ruhən rahat olurlar. Qeyri səmimi, saxta insanlar isə ürəklərində gizlətdikləri xəbis niyyətlərin üzə çıxmasından narahat olurlar.

Lakin bunu da ifadə etmək istərdim ki, gözəl danışaraq, gözəl sözlər istifadə edərək insan hər zaman xeyir qazana bilər. Gözəl sözlü olmaq həm də Allahın bəyənəcəyi bir xüsusiyyətdir. Bir quran ayəsində Allah gözəl sözü gözəl ağaca bənzədir. Necə gözəl ağac kökü möhkəm, budaqları göydə, hündür, yamyaşıl, barlı-bəhrəli olursa, gözəl söz də hər zaman insana xeyir-bərəkət gətirir. Əksinə pis sözlər, pis danışıq isə nə insanın özünə, nə də başqalarına fayda vermir.  Allah pis sözü kökü yerdə sabit durmayan, qoparılıb qurumuş ağaca bənzədir.

 


Ardı →