Hüceyrədəki kompleks quruluş və sistemlər

Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu məlum deyildi. Bu səbəbdən, dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi sualına «təsadüflər və təbii hadisələr» cavabını verməyin inandırıcı olduğunu hesab etmişdilər. Darvin ilk hüceyrənin «kiçik və ilıq su gölməçəsində» asanlıqla əmələ gəldiyini irəli sürmüşdü. Darvinin tərəfdarlarından alman bioloq Ernst Hekkel isə araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını mikroskop altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə olduğunu iddia etmişdi.
Ardı →