Mirzə Fətəli Axundovun Hacı Qara pyesi əsasında çəkilmiş eyniadlı film

  • Kino
Pyesin süjetinə görə, xəsisliyi ilə ad çıxaran parça taciri Hacı Qaranın son vaxtlar işləri tərs gətirir. Digər personajlarından biri, döyüşdə, soyğunçuluqda ad çıxaran Heydər bəy Sona adlı qıza nişanlıdır. Amma pulu olmadığından el adəti ilə toy edə bilmir. Dostu Əsgər bəy ona məsləhət görür ki, Sonanı qaçırsın. Bu təklif Heydər bəyin ürəyincə deyil. Çünki qızın valideynlərinin naçalnikə şikayət edəcəyindən, nəticədə yenə qaçaq düşəcəyindən ehtiyatlanır. O, həm də bəy kimi bunu özünə yaraşdırmır.
Dostlarının məsləhəti ilə o, Hacı Qaradan pul götürməyi və İrandan qaçaq mal gətirərək onun qazancı ilə toy eləməyi qərara alır.

Davamı →

M.F.Axundzadə - nin Hacı Qara əsərində xəsisliyin ifşası

     Mirzә Fәtәli Axundovun komediyaları Zaqafqaziya müsәlmanlarının XIX əsrin 40 vә 50-ci illәrindәki hәyatını әks etdirәn bir reflektora bәnzәyir. İstedadlı dramaturq, xalqı yaxşı tanıyan Axundov xalq mәişәtinin müxtәlif tәrәflәrini kifayәt qәdәr düzgün vә sәnәtkarlıqla әks etdirmişdir.Bütün komediyalarında Axundov xalqın hәyatına yaxşı bәlәd olan nadir psixoloq vә sәnәtkardır, onun yaradıcılıq istedadı, hәyat tәcrübәsi vә hәrtәrәfli biliklә zәngin zәkası özünü hәr yerdә göstәrir. Onun hәr hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elә gәlir ki, uzun müddәt yaxından tanıdığın adamların arasında olmusan vә hәmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan.
M.F.Axundzadənin «Hacı Qara» komediyasında adından da göründüyü kimi xəsislik təsvir və tənqid olunur. Dahi dramaturqun bu əsərində rәhmsiz qoca xәsis Hacı Qaranın mәnәvi alәmindәki nifrәt oyadan cәhәtlәrin açılması üçün  dərin fəlsəfi-psixoloji məqamlardan sənətkarlıqla istifadə etməsini görürük: bu qoca xәsis üçün dünyada puldan başqa heç bir müqәddәs şey yoxdur; Hacı Qara, öz dostu Heydәr bәyin qoçaqlığını tәriflәyәn Әsgәr bәyә etinasızlıqla deyir ki, bizim zәmanәmizdә qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dәfә yaxşıdır.

Ardı →