Sirli və əsrarəngiz bir qadın

  • Qadın

Əlbətdə çoxlarınız onu tanıyır onun musiqisini dinləmisiniz. İnsanı sakitləşdirən, gözlərini bir nöqtəyə zillədən, fikirlərini harasa uzaqlara aparan əsrarəngiz, melanxolik, biraz da kədərli musiqi. Hər dəfə onu dinləyəndə harada olmağımızdan asılı olmayaraq sanki dünyanın rəngləri dəyişir, onun musiqisinin qəribə aurası bütün mənliyimizi, hisslərimizi, duyğularımızı tərpədir. Bu gün ondan, o, qəribə, möcüzəli qadından bəhs edəcəyik.


Helen Folaşade Adu — siz onu Şade kimi tanıyırsınız. Gözəl qadın, istedadlı müəllif (mahnıların musiqisi və mətnlərini özü yazır), mahir oranjemançı və təcrübəli prodüsser. O heç vaxt dinləyicinin qürur və iftixar obyekti olmağa çalışmayıb. Həyatını istədiyi — hislərinin ona diqtə elədiyi kimi yaşayıb, özünü pərəstişkarlarının onu görmək istədiyi qəlibə salmayıb. Hər zaman özü olub, ən başlıcası, səmimi davranıb. Heç vaxt özünə xəyanət etməyib, prinsiplərinə və qəlbinin musiqisinə sadiq qalıb.


Ardı →