Homotetiya qanunu" - Mübariz Örənin hekayəsi

Homotetiya (yunanca ὁμός — «eyni» və θετος — «yerləşmiş») — oxşar çevrilmənin bir növüdür.
Vikipediya

– Nina, sizdə lülə iki əlliyədi?
Qabaqkı masada oturan adamın xırıltılı səsi bayaqdan mənə tanış gəlir. Üzü o yana olduğundan sifəti yaxşı görünmür. Əl telefonunda nömrələri aşağı-yuxarı darayıb inadla nəsə axtarır, kiminsə adının üstündə dayanır, vaxtın gecliyindən, ya nədənsə yığmağa cürət eləmir, çox götür-qoydan sonra nəhayət yığır, çağırsa da götürən olmur, pivə bokalını götürüb hirslə başına çəkir, sonra yenə nəsə axtarır...

– İki əllidi, hə? Gəla bu üş maatı, piyvənin puluna qatma, bura ayrıca bir şiş lülə gəti. Çörəksiz-zadsız ha, eşissən? Zdaçısını da qoy cibinə.

İki dünya bir ola ilin bu vaxtları pivə yadıma düşməz. Qışın soyuğunda kimdi gəlib buz kimi pivəni qarnına tökən. Amma evdə də otura bilmədim. Yerimə girib yatmağa çalışsam da, gözlərimə yuxu getmədi. Əynimi geyinib təzədən çölə çıxdım, bəlkə bir az fikrim dağıla...

Davamı →