I Şah Abbasın Hakimiyyəti (1587-1629)

Abbas Mirzə I Şah Abbas adı ilə taxta çıxandan sonra Təbrizə gəlib ona tabe olduqlarını bildirmək istəyən bir çox qızılbaş əmirlərini anasının və qardaşının qətlində günahlandıraraq öldürtdürmüşdü. Bu işdə ona İran feodalları və xüsusən vəzir kömək etmişdi. Şah Abbas hər cəhdlə qızılbaş əmirlərini hakimiyyətdən uzaqlaşdırmağa çalışır, onlarla düşmənçilik edirdi. O vaxt İranda olmuş xarici səfirlərdən biri yazırdı ki, “Şah Abbasın qızılbaş soylarını görəsi gözü yoxdu, o bu soyların qüdrətini sarsıtmağa çalışır. Şah indi tatlardan ibarət dəstələrə, qulamlara arxalanır və onları yüksək dövlət vəzifələrinə təyin edir. Şah Abbas qızılbaşları hərbi işlərdən uzaqlaşdırmaq üçün hərbi islahat keçirdi, qızılbaşların inhisar hüquqları ləğv edildi, iranlılar da orduda vəzifə tutmaq hüququnu aldılar”.

Davamı →

Çox keyfiyyətlərilə birinci – I Şah Abbas

Avropada “Böyük Abbas”, sənədlərdə “42 illik Əzəmət” və 390 ildir xalqının xatirəsində “Cənnətməkan şah oğlu”...
Bu şahın taxt vaxtınadək bütün vilayətləri (Qarabağ, Ərdəbil, Lənkəran istisna) Osmanlı və digər dövlətlərin əlinə keçmiş Azərbaycan (cahanşümul dövlətçilik nümunəsi yaradıcısının ünvanına K.Marks kimi bir ideologiya kralının qələmindən “on dörd ildə on dörd ölkə fatehi” fikrini saldırmış Qızılbaş səltənəti) bənzərsiz milli mədəniyyət və hərbi potensialından məhrum edilməkdə, şanlı Səfəvilər məmləkəti tənəzzülə uğramaqda idi.

Uşaqlıq çağlarımda (ötən əsrin 50-60-cı illəri), bircə səhifə belə tarix oxumamış babamın barəsində heç nəyi dəqiq bilmədiyi bu şahın sadəliyi, xəlqi qayğı-sayğıları haqda işlətdiyi (“yeri behiştdik”, “canı cənnətdik”, “adil qılınclı” və s.) sözlərin havası məni bu yazıya onun elə bu cəhətlərindən başlamağa səslədi.
Davamı →