Arzusuz yaşamaq mümkündürmü?
Çox da varlı olmayan ailəmiz dolanışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş sayılardı. Məndən başqa iki bacım da vardı. Hər şeydə qənaət eləmək anamın canını sıxırdı və bundan dolayı atam vaxtaşırı ondan ağır tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Zavallı atamın bunların cavabında etdiyi jest mənə dərin iztirab verərdi. Alnının tərini silməsini xatırladan bu hərəkətdən sonra susduğundan onun bu çarəsiz kədəri qismən mənim də çiyinlərimə çökərdi. Ev təsərrüfatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmə məcburiyyəti duymayaq. Ərzağın ən ucuzunu, yatıb-qalmışını özümüzə rəva bilərdik. Bacılarım donlarını özləri biçib-tikərdilər və metrəsi on beş santimə satılan hər hansı kantı alıb-almamaq barədə uzun-uzadı məsləhətləşərdilər. Hər gün yediyimiz ət şorbasına və mal əti soyutmasına cürbəcür ədviyyatlarla fərqli dad qazandırardıq. Bunun çox dadlı və cana faydalı olması söylənsə də, şəxsən mən fərqli bir şeyə üstünlük tanıyardım.
Davamı →