Janna DˈArkın ölməz ürəyi

İngiltərə və Fransa arasında çoxdankı (XII-XV əsrlər) müharibə tarixə Yüzillik müharibə adlı ilə daxil olsa da, o, yüz ildən çox davam edib və hər iki ölkənin başına saysız-hesabsız müsibətlər gətirib. Döyüş meydanlarında bir-birinin ardınca məğlubiyyətə uğrayan Fransa, demək olar, bütün cəngavərlərini itirir. Fransa torpaqlarını bir-birinin ardınca zəbt edən ingilislər fransız xalqını amansızcasına qarət edir və sıxışdırırdılar. Paris artıq düşmənin əlində idi. Növbə fransızların sonuncu istinadgahına, ingilislər tərəfindən mühasirəyə alınmış Orlean şəhər-qalasına çatır.

Nə İngiltərə, nə də qiyamçı yerli feodallar tərəfindən Fransa tax-tacının qanuni varisi kimi qəbul edilməyən şahzadə (dofin) Karl Valua svitası və azsaylı qoşunu ilə birlikdə kiçik Şinon qəsrinə çəkilərək, xalqının əzab-əziyyətinə və əzilməsinə aciz halda tamaşa edirdi. Bir sözlə, belə davam etsə, Fransa müstəqil dövlət kimi Avropanın xəritəsindən tamamilə silinəcək…
Davamı →

Janna d'Ark- fransızların ölməz qəhrəmanı (1412 - 1431)

Fransa su üzərindəki quru bir yarpaq kimi sonu bilinməyən bir istiqamətə sürüklənməkdəydi.
Yaxın adamları ilə birlikdə bir qəsrə sığınan kral nə edəcəyini bilmirdi. Əslində onun belə bir vəziyyətdə əlindən gələ biləcək bir işi də yox idi. Fransa ingilislərin ayaqları altında inləyir, ölkə ingilislər üçün kölə kimi çalışırdı. Kralın ingilislərə qarşı savaşa girə biləcək güclü bir ordu təşkil etməsi üçün nə ərzağı, nə də silah-sursatı vardi.
15-ci əsrin 20-ci illərində yüzillik müharibələrə meydan olan Avropa hər gün qılınc səsləri ilə oyanaraq yüzlərlə qurban verirdi. Nəhayət, 1420-ci ildə İngiltərə kralı V Henri ilə Fransa kralı VI Karl (Charles) arasında Trua şəhərində sülh anlaşması imzalandı.


Ardı →

Janna Dark

Müqəddəs Yekaterina, Marqaritanın və Cəbrayılın səsi qulağına gələndə Jannanın 13 yaşı ardı. Janna Orleanı əsarətdən qurtarmalı, vəliəhdi taxta çıxararaq qəsbkarları krallıqdan qovmalıydı: «Janna, sən başqa yolla getməli olacaqsan. Çünki Göylərin padşahı səni kralın müdafiəsiyçün seçib». Bu səslər artır və hər gün «Orleanın mühasirəsini qırmaq lazımdır, sən getməlisən» deyib dururdu. Janna onu dəlilikdə gunahlandıranların yadına qədim məsəli salırdı:«Fransanı qadın məhv edib, sonra bakirə qız xilas edəcək». Məsəlin birinci hissəsi artıq çin olmuşdu. Bavariyalı İzabella əri fransız kralı 6-ci Karlı məcbur eləmişdi ki, oğlunu nicahdan kənar elan eləsin. Fransa kralsız qala bilərdi.
Ardı →