Kennedilərin Lənəti (Birinci Hissə)


Təyyarə qəzaları, ictimayi yerlərdə sui-qəsdlər, bədbəxt yol hadisələri… Bu faciələr illər boyu qüdrətli Kennedilər klanının başı üzərində qara bulud kimi durmuş və gənc həyatların sonuna çıxmışdır. ABŞ-ın 35-ci prezidenti Con Fitzgerald Kennedinin kütlə qarşısında qətli bu nəsil nümayəndələrinin ən böyük bədbəxtçiliyi sayılır. Lakin onun Cozef, Robert və Edvard adlı qardaşları da eyni və ya oxşar faciə ilə uzləşiblər. Maraqlısı ondadır ki, onların hamısı hakimiyyətə can atırdı və bu hadisələr bəzilərini məqsəd başında, bəzilərini isə yarı yolda saxladı.
Ardı →

Con Kennedinin qətlinin yeni versiyaları

Birləşmiş Ştatların 35-ci Prezidenti Con Fitscerald Kennedinin öldürülməsi keçən əsrin ən hay-küylü və ən müəmmalı cinayətidir. Bəs əslində nə baş vermişdir? Bax, bu suala hələ də qəti cavab yoxdur.
Xatırladaq ki, 1963-cü il noyabrın 22-də Kennedi və xanımı Jaklin açıq limuzində təntənə ilə Dallasın mərkəzinə daxil olmuşdular. Texasa səfər onun 1964-cü ildə yenidən prezident seçilməsi uğrunda mübarizəyə hazırlıq xarakteri daşıyırdı. Yerli vaxtla saat 12.30-da snayper atəş açır. Boynundan və başından iki güllə yarası alan Prezident hospitala çatdırılarkən ölür. Con Kennedi noyabrın 25-də Vaşinqtonun Arlinqton milli qəbiristanında torpağa tapşırılır.
Davamı →