Keyfiyyətli insan və cəmiyyət...

Keyfiyyətli insan modelini təqdim etməzdən əvvəl bəzi insanların niyə görə keyfiyyət əskikliyindən əziyyət çəkməsini araşdıraq. Bəzi insanların əxlaq pozuntusu yaşaması onların zövq və davranışlarına ciddi mənfi təsir edir. İnsanlardan uzaqlaşır, xoş söhbət etmirlər, başqalarını tərifləmirlər. Musiqi dinləmir, rəsm əsərindən xoşlanmır, özlərinə qapalı olurlar. Ya da aqressiv və ya pessimist olur, hadisələrin ancaq mənfi tərəflərini görürlər. Bu düşüncələrinə görə həyatlarının hər anında keyfiyyətsizlik yaşadıqlarından həyata tamamilə küsürlər. Keyfiyyətsizliyin çöküntüsünü yaşadıqlarından evlərinin içi, özləri, hətta yaşadıqları şəhərlər belə keyfiyyətsiz olur. Küçələrdə rəngsiz, ağacsız, çiçəksiz mühit, yerə atılmış zibil, zibilin yaratdığı iyrənc qoxu, estetikadan uzaq binalar, köhnə evlər insanın içini qaraldır. Hər insan çalışmalıdır ki, keyfiyyətli insan modelini öz üzərində cəmləsin. Keyfiyyət davamlı inkişaf etdirilməlidir. Bir insan «Mən mükəmmələm» deyə bilməz. Deyirsə, deməli keyfiyyətsiz insandır.
Ardı →