Knulp | Herman Hesse

Bütün həyatı yollarda keçən bir yolçunun hekayəsidir Knulp. İstədiyi yerə «qonaq», amma heç yerdə qərar tutmayan azad ruhun qısa dastanı...

Knulp, hər birimizin içində yatan «tərk etməyə meyilli» yönümüzdü əslində. Roman boyu doğmalıq hiss edir oxucu bu obrazla öz arasında. 

Knulp tərk edir, Knulp yalnızdır, vecsizdir. Amma Knulpın digər yalnızlardan böyük fərqi var, o, cəmiyyətdən təcrid olunmuş yalnızlardan deyil. Knulp getdiyi hər yerin sakinidir, amma heç yerə aid deyil. Knulp hər kəsdə bir iz buraxır, amma heç kəsə, heç yerə bağlanmır.

Bu vecsizliyin səbəbini Knulp özü belə izah edir: “Hər şey o zaman baş verdi… O zaman, hələ on dörd yaşındaykən, Franziska mənə oyun oynadığı zamanlar. O vaxt hər şey ola bilərdim. Sonra içimdə bir şey qırıldı, ya da xarab oldu. Bax, o zamandan bəri heç bir işə yaramaz oldum...”

İnsanın gələcək həyatı, problemləri, səhvləri uşaqlığından qalan miras kimidi. Knulpın bütün həyatı bu «mirasın» ağırlığı altında əzildi.
Davamı →