Kobler

Kobler desert əvəzinə içilən kokteyl içkisidir. O müxtəlif cür meyvələrin, siropların, alkohol içkilərinin qarışımından hazırlanır. O soyuq halda və içərisində buzla içilir.

Koblerin digər kokteyllərdən fərqi onun hazırlanma texnologiyasından asılıdır. Kobler içilən stəkanın 2/3 hissəsi buzla dolu olur. Stəkanın içərisində isə kiçik hissələrə bölünmüş müxtəlif meyvələr olur. Koblerə təzə alma, banan, armud, portağal, gavalı və s. əlavə edilir.

Kobler hazırlayarkən təzə meyvələr olmadıqda konservləşdirilmiş meyvələrdən də istifadə etmək olur. Alkoholu xoşlayanlar koblerə az miqdarda likör də əlavə edə bilərlər. Bu zaman koblerə "şərab sousunda meyvə" deyilir. Kobler əla sərinləşdirici içkidir. Yay günlərində onu içmək insana sərinlik bəxş edir.
Davamı →