Paparatsi, Lord və ledi, Karantin | Kəlməbaz

Paparatsi

İtaliyalı rejissor Federiko Fellininin məktəbdə iti nitqi ilə ad çıxarmış sinif yoldaşı vardı. Qıcıqlandırıcı və inadkar təbiətindən dolayı məktəbdə bu oğlana yerli ləhcədə“ağcaqanaq” mənasını verən “pappataçi” (əsli “pappataci”) ləqəbi verilmişdi. 1960-cı ildə Federiko Fellini “Şirin həyat” filmini çəkərkən hər yerə burnunu soxan və zəhlətökən baş qəhrəmanın dostu foto-reportyoru Paparazzo adlandırır. Sonradan rejissor bildirmişdi ki, “paparazzo” uçan, sancan,oxlu və vızıltılı böcəyə işarədir.

Filmin nümayişindən sonra kəlmənin cəm halındakı şəkli, yəni “paparazzi” məşhurlaşmış və idmançı, aktyor, müğənni və siyasətçi kimi məşhur şəxsləri təqib edən, onların həyatınıdərindən öyrənib, heyrətli xəbərlər yaymaqda maraqlı olan foto-reportyorlara istinadən işlədilməyə başlanmışdır.


Ardı →