Land Roverdən yenilik

Land Rover Defender öz pərəstişkarlarını yeniliklərlə sevindirməkdə davam edir. Şirkət Cenevrə avtosalonunda The Black Pack və Silver Pack modellərini təqdim edəcəyini açıqlayıb.

Yeni modellərdə əsas fərqləndirici xüsusiyyət interyer dizaynında olan rəng dəyişiklikləridir. Avtomobillərdə premium dəri oturacaqlar var. Bu oturacaqlar Ebony/Pimento, Ebony/Tan or Ebony/Lunar rənglərində təklif olunur. «Yulong White» rəngli model isə 2015-ci il Defender modelində olacaq.


Ardı →

Land Rover

Yarım əsrdən artıqdır ki, Britaniyanın Land Rover şirkəti dünyanın hər yerində nüfuzu ilə tanınan avtomobillər istehsal edir. İkinci Dünya Müharibəsinin dəhşətli nəticələrindən sonra yenicə özünə gəlməyə başlayan dünya avtomobil sənayesində bu əfsanəvi markanın yaranma tarixi elə bu avtomobilin özü kimi unikaldır.
Müharibə zamanı çoxsaylı sifarişlər sayəsində mənfəət əldə etmiş Britaniya sənayesində müharibədən sonrakı illərdə istehsal resurslarının və sifarişlərin kəskin çatışmazlığı hiss olunurdu. Hökumət təcili tədbirlər görməli idi. Yaranmış böhranlı vəziyyətdən necə çıxmağı və iqtisadiyyatı necə bərpa etməyi planlaşdırarkən hökumət ölkənin avtomobil sənayesinə xüsusi və mühüm yer ayırdı.
Bu cür mürəkkəb iqtisadi şəraitdə Rover kompaniyası mülki avtomobil istehsalının bərpası üçün hökumətdən icazə aldı və Solihalldakı (Solihull) yeni zavod kompaniyanın ixtiyarına verildi.
Ardı →