Asiya, Afrika və Latın Amerikasının əhalisi

Asiya, Afrika və Latın Amerikası dünyada əhalinin çox olması ilə fərqlənən regionlardır. Bu regionlarda doğumun yüksək olmasına bir çox amillər təsir edir:
– milli adәt-әnәnәlәr: erkən nikahlar, çoxuşaqlılıq, ailədə oğlan uşaqlarına üstünlük verilməsi;
– dinin tәsiri: ailədə uşaqların sayının məhdudlaşdırılmasının qadağan edilməsi;
– gender problemi: qadınların əksəriyyətinin evdar qadın olması, cəmiyyətin həyatında fəal iştirak etməməsi, təhsil hüquqlarının pozulması və s.
– ailәnin iqtisadi tәlәbatı: aqrar iqtisadiyyat şəraitində uşaqların əlavə işçi qüvvəsi olması, yaşlı valideynlərin övladlarının himayəsində yaşaması.
Davamı →

Çili

  • Turizm

Cənubi Amerikanın cənub qərbində dövlətdir. Onu «Antraktidaya açılan darvaza» da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Uilyams, ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) buradadır. Şimalda Peru, şimal şərqdə Boliviya, şərqdə Argentina, cənubda isə Dreyk boğazı ilə həmsərhəddir. Uzunluğu 4329 km, eni isə 170 km-ə bərabərdir. Sahəsi 756 min km2-dir. Paytaxtı Santyaqo şəhəridir. İqlimi müxtəlifliyi ilə seçilir. Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hinduları yaşayır) hindular təşkil edir. Ərazisi 13 regiona onlar da öz növbəsində 50 əyalətə bölünür. Rəsmi dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dilində (aymara, arakuana, mapuçe) də danışır. Pul vahidi Çili pesosudur.


Ardı →

Latın Amerikası

ABŞ-dan cənubda yerləşən Latın Amerikası regionuna 33 IOÖ-lər və 15 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar Məhz bu regionu ona görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. Iqtisadi inkişafına görə bu region Asiya Afrikanın IOÖ-lərindən irəlidə olsa da, digər IOÖ-lər kimi bu regionda dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir.


Ardı →

Cənubi Amerika

Cənubi Amerikanın sahəsi 18 mln km2 olub dünyanın böyüklüyünə görə 4-cü materikidir. O, şimaldan Panama kanalı vasitəsi ilə Şm.Amerikadan, şərqdə Atlantik okeanı, qərbdə Sakit okean, cənubda Dreyk boğazı vastəsi ilə Antarktidadan ayrılır. Amerika bütövlükdə qərb, qismən şimal, qalan hissəsi isə cənub yarımkürəsində yerləşib.
Uçqar nöqtələri Şimalda Qalinas burnu, cənubda Frouord burnu, qərbdə Parinyas burnu, şərqdə Kabu-Branku burnudur. Ekvator Cənubi Amerikanın ucqar şimalından keçir.
Adaları sahilləri zəif parçalandığından Afrikada olduğu kimi xeyli azdır. Ən iri adaları Odlu Torpaq, Trinidad, Tobaqo, Folklend, Qalapaqos adaları, Çili arxipelaqı.
Cərəyanlar –Peru, Folklent, Qərb küləkləri (soyuq), Braziliya, Qvineya (isti).


Davamı →