Dünyanın 7 möcüzəsi

1-ci möcüzə: Misir ehramları və Sfinks

Dünyanın 7 möcüzəsindən biri daşdan düzəldilmiş bu nəhəng tikililər — Misir fironlarının sərdabələri təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılmışdır. Bu zaman fironların hakimiyyəti hədsiz-hüdudsuz idi, onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabələr fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi.Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrdə tikilmişdir.
Misirin qızmar günəşi altında minlərlə qul daş alətlərlə (dəmir ve tunc o dövrde məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazim gəlirdi. Adları tarixdə qalmiş ehram inshaatçıları aclıqdan ve dözülməz zəhmətden məhv olurdular.


Davamı →

Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı

Çin səddinin uzunömürlülüyünün səbəbi bilindi.Bununla da zəlzələyə davamlı binaların tikintisi üçün yeni üsul kəşf edilib.
Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub.
Professorun araşdırmaları zamanı məlum olub ki, Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir.
O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368-1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tikililərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib.

Davamı →