Həzrəti Məryəm (Mariya)

Qadın ilahiliyinə, anaya, himayədara və köməkçi qüvvəyə sitayişə ehtiyac istənilən mədəniyyət və dinlərdə güclü idi. Qədim Yunanıstanda Demetraya, Kiçik  Asiyada – Kibelaya, Qədim Misirdə – İridaya sitayiş edirdilər. Amma ilk dəfə  xristian dinində Məryəm Anada real insan başlanğıcı – qadınlıq və analıq, yəni ilahi  varlıq kimi başa düşülən xüsusiyyətlər cəmləşmişdi. Qadının vəzifəsinə cəmiyyət  tərəfindən ilk dəfə ən ali məqsədlərə qulluq, İllahiyyata birləşdirilmə kimi qəbul  olunmuşdu. Yeni insanın dünyaya gəlişi əsasında Ananın durduğu sirr kimi qəbul  olunurdu. Qüsursuz mayalanma dərin məna daşıyırdı – qadının analıq missiyası  İlahinin iştirakı vasitəsilə, kobud maddi qüvvələrin köməyi olmadan həyata  keçirilir.
Ardı →