Maldiv adaları

  • Turizm

Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Hindistanın cənubunda 1200 adada yerləşən dövlətdir. Ərazisi 298 kv.km, əhalisi 396 min nəfərdir. Qlobal iqlim dəyişikliklərinin adanı su altında qoyacağı proqnozlaşdırılaraq, 2005-ci ilin 15 noyabrından Maldiv xalqına Avstraliyaya sığınmaq haqqı verilib. Maldiv adalarının 200-də yaşayış var. Bunların 90-da Maldiv xalqı yaşayır, qalan 110 ada “otel ada” kimi istifadə edilir. Maldiv xalqı müsəlman olaraq sünni mənsəbinə mənsubdur. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Maldivdə əvvəlcə buddistlər məskunlaşıb. Daha sonralar ərəb taciri Əbul Barakhat Əl-Bar Barinin təbliği ilə əhali İslam dinini qəbul edib. Zaman-zaman Portuqaliya və Hollandiyanın hücumuna məruz qalan ada 75 il ingilislərin müstəmləkəsi altında olub. 1965-ci ilin 26 iyulunda isə müstəqillik qazanıb. Əhalinin etnik tərkibi pakistanlılar, hindlilər, ərəblər və sinqalardan ibarətdir. Dövlət dili Maldiv Dhivehi (sinqa ləhcəsi) və ingilis dilidir. Pul vahidi rufiyadır.


Ardı →