Üfüqün əks tərəfi kitabından sitatlar | Kitab sözləri

Sevgi- qarşındakı insana sonuna qədər inanmaq deməkdir.

Üfüqün əks tərəfi, Marc Levy


Gülüşün olmadan günlərim necə aydınlanacaq? Sənə danışmayandan sonra bir kitabı oxumağın nə mənası olacaq?

«Heç bir şey mümkünsüz qədər labüd deyil!»

Qoy həyatın mənə bəxş etdiyin həyat qədər gözəl olsun, mənim sevgilim.Səni sevmək bir imtiyaz idi.Səni sevirəm.

Ən çətini ilk addım atmaqdır. Sonrası asan olacaq.


Davamı →

Yenidən Başlamaq Mümkün Olsaydı romanından mənalı sitatlar | Mark Levi kitab sözləri

 

Bilirəm ki, yaşadığım şəhərin bir hissəsində sən də nəfəs alırsan. Bu mənə kifayət edər.
Hərdən xatirələr, zamanın saraltdığı,detallarını görə bilmək üçün xüsusi işıq tələb edən şəkillərə bənzəyir…

Yenidən Başlamaq Mümkün Olsaydı, Mark Levi


Dörd yaşında bir uşağın kəşf etdiyi dünya ancaq gözəl ola bilər, elə deyilmi?

 

Öləndən sonra hansısa çuxurda çürüməkdənsə, oyanan günəşi seyr etməyə üstünlük verərdim. Məncə, adamların ziyarətindənsə, bu, daha xoş təsir bağışlayar.

 

Heç bir yerim sınmayıb… ürəyimdən başqa…


Davamı →

Qadın və Kişi romanından mənalı sözlər | Kitab sözləri

Fransız yazar Mark Levi sayca on altıncı romanı olan və özündə bir qədər avtobioqrafik nüansları birləşdirən «Qadın və kişi» romanında macəradolu romantika ilə komediyanı bir araya gətirir.
Əsərdən seçdiyimiz mənalı cümlələri və maraqlı dialoqları bəyənəcəyinizə ümid edirik.

Bəlkə də əsl sevgi budur. Qarşılıq gözləmədən ,əsas da peşmançılıq çəkmədən bağışlamağı öyrənmək.Boz səhifələri silib təzə al-əlvan səhifələr yazmaq .Sevgi hər şeyin yaxşı nəticələnməsi üçün mübarizə aparmaqır.

Qadın və Kişi, Marc Levi

Çox qeyri-adi yanaşmadır. Adətən, insanlar «dost qalaq» sözünü bir-birilərindən ayrılanda deyirlər...

 Ürəkdolusu ağla. Yüngülləşəcəksənsə, ağla. Sevgi ağrısı adama it əzabı çəkdirir, amma tənha həyat daha böyük bədbəxtlikdir.

İstəyərdim ki, qəlbimə toxunan, məni güldürən sözlər eşidim...

Axı nə üçün qızlar həmişə onlara əzab verən kişilərə dəlicəsinə aşiq olurlar, amma onlar üçün göydən ulduz qoparmağa hazır olanlara laqeyd yanaşırlar?


Davamı →

Mark Levinin aforizmləri

Bayağılıq — insanın özünün anlamadığı hər şeyə nifrətlə yanaşma qabiliyyəti ilə səciyyələnən xəstəlikdir. Bu bayağılığın dərinliyi də o adamı heyrətləndirən faydasız və dəyərsiz əşya və hadisələrin çoxalmasıyla artır.

Antisemitizm heç də qorxunc deyil, sadəcə iyrənc, rəzil və axmaqdır: ona görə iyrəncdir ki, şəxsiyyətə qarşı deyil, qana qarşı yönəlibdir, ona görə rəzildir ki, həqarətli görsənmək istəsə də, paxıldır, ona görə axmaqdır ki, məqsədi dağıtmaq olduğu halda onu daha da birləşdirir. Yəhudilər o zaman yəhudi olmayacaq ki, yəhudi olmaq milli anlamda sərfəli olmayacaq, əxlaqi anlamda rüsvayçılıq olacaqdır. Əxlaqi mənada yəhudi olmaq o zaman rüsvayçılıq olacaq ki, bizim xristian ağalar, nəhayət, həqiqi xristian olacaqlar, başqa sözlə — başqalarının həyatını yaxşılaşdırmaq xətrinə öz həyat şərtlərini şüurlu şəkildə pisləşdirəcək, bu pisləşmədən də həzz alıb sevinəcəklər. Amma hələ ki, bu baş verməyib, iki min il də bunun üçün kifayət etməyib.

Söyüşlər nitqinizin təsviri vasitəsinə çevrilibdir.

Ədəb cinsiyyətsizdir. Nəzakət seksualdır.

İspanlar həmişə qüssəli ehtiras haqda mahnı oxuyar, ruslar isə — ehtiraslı qüssə haqda.


Ardı →