Maykl Faradey haqqında

Məşhur ingilis A.Amper deyib: «M.Faradey — böyük fizikdir», F.Engels — elektrik sahəsində nəhəng tədqiqatçı adlandırmışdılar. Görkəmli rus alimi A.Q.Stoletov M.Faradeyin xidmətlərini çox yüksək qiymətləndirərək demişdir: «Qaliley dövründən indiyə qədər bir başdan çıxan bu qədər rəngarəng kəşflər olmamışdır.»
Elmin korifeylərindən olan M.Faradey haqqında məşhur fransız kimyaçısı akademik J.Dümanın xatirələri belədir: «Faradey ortaboy, diribaş, xoştəbiət, itibaxışlı bir adam idi, yeyin və inamla yeridirdi, çox böyük eksperiment aparmaq məharəti vardı. Dəqiqliyi və səliqəni çox sevirdi. Var qüvvəsini işə vermişdi. Onun bütün günü laboratoriyada keçirdi. Səhər laboratoriyasına gəlir və axşam gününü kontorda keçirmiş, tacir dəqiqliyi ilə işdən gedirdi.
Davamı →

Maykl Faradey

Faradey(Michael Faraday) dahi ingilis fiziki, kimyaçısı və elektromaqnit sahəsi təliminin banisidir. O, Londonda kasıb dəmirçi ailəsində anadan olmuşdur. İbtidai məktəbi bitirdikdən sonra 12 ya­şında ikən kitab dükanında olan cildçi emalatxanasında işə girir və bir ildən sonra cildçilik sənətini öyrənmək üçün şagird qəbul edilir. 14 yaşlı Faradey işləməklə yanaşı cildxana sahibinin yanında təhsil almışdır. Cildlədiyi kitabların məzmunu ilə Faradey həmişə maraqlanmış və işlədiyi müddətdə çoxlu kitab oxumuşdur. Onlar içərisində ən çox sevdiyi kimya və elektrikə aid kitablar olmuşdur. Onun xoşuna gələn kitablardan Marsenin «Kimya haqqında söhbətlər» və «Britaniyanın ensiklopediyası»nın fizikaya aid olan fəsilləri olub.Kral institutunda məşhur alim H.Devinin mühazirələrinə qulaq asdıqdan sonra Faradeydə bu alimə qarşı böyük hörmət hissi yaranır və onun yanında işləməyi arzulayır. Faradey 1812-ci ildə Deviyə məktub yazıb, elmə böyük həvəsi olduğunu bildirir və öz laboratoriyasında onu işə götürməyi xahiş edir.
Davamı →