1 Milyonluq Mercedes

“Mercedes” 1 milyon dollar qiyməti olan AMG G63 6X6 modelini təqdim edib. Məlumata görə, bu barədə Türkiyə mediası xəbər yayıb. Mercedes-Benz AMG G63 6X6 avtomobilinin uzunluğu 6 metrdir. Bu avtomobili 544 at gücünə və təxminən 255 kiloqram metr fırlanma anına malikdirAvtomobil 7 saniyəyə 100 km sürət yığır. Avtomobil istehsalçısı sürücülərin rahatlığını da unutmayıb. Belə ki, avtomobilin salonu və döşəməsi lüks şəkildə dizayn edilib. Avtomobilin alt hissəsi taxta cilası ilə işlənib və cazibədar hala salınıb. G3 avtomobili 6 ədəd şinlə təchiz olunub. Məhz bu şinlər sayəsində avtomobil çətin ərazilərdə rahat hərəkət edir.
Ardı →

"Mercedes-Benz" tarixi

Mercedes-Benz minik avtomobillərinin istehsalı üzrə ixtisaslaşmış alman markasıdır. O, 1926-cı ildə yaradılıb. Hazırda Daimler AG konserninin törəmə şirkətidir. Mənzil-qərargahı Ştutqartda yerləşir.
1900-cü ildə Qotlib Daymlerin vəfatından sonra avtomobil istehsalı işini onun oğlu Paul və mühəndis Maybax davam etdirdilər. Firmanın idarəçiliyini Qotlib Daymlerin sadiq köməkçisi Maybax bütünlüklə öz üzərinə götürdü. O, 1900-cü ildə yeni avtomobil hazırlamağa başladı. Avtomobilin hissələri klassik qaydada yerləşdirilmişdi: mühərrik və radiator ön tərəfdə kapotun altında idi. Bu mühərrikin gücü altı pilləli transmissiya vasitəsilə arxa təkərlərə ötürülürdü. Yeni avtomobilə 35 at gücünə malik 4 silindrli mühərrik quraşdırıldı. Birinci nüsxə iki yerlik yürüş avtomobili şəklində hazırlandı. Yeni model şirkətin müştərək sahiblərindən biri olan Emil Elinekin qızının şərəfinə Mercedes adlandırıldı.
Təkmilləşdirilmiş konstruksiyalı bu avtomobildə Elinek 1899-cu ilin mart ayında keçirilmiş növbəti yürüşlərdə qələbə qazanaraq Daimler şirkətinin və Mercedes adını şöhrətləndirdi. O vaxtdan bəri Daimler şirkəti bütün minik avtomobillərini Mercedes markası altında istehsal etməyə başladı. İlk Mercedes isə daha təkmil model olan Mercedes Simplex avtomobilinin yaradılması üçün baza rolunu oynadı. Bu model Mercedes markasına aid olan daha güclü və komfortlu avtomobillər əsrinin başlanğıcını qoydu.
Ardı →