Merlin Monro stili

Merlin Monro bir stil ikonasıdır. Bəs necə geyinirdi? Hansı parçalardan istifadə edirdi? Siz də stil ikonası olan Merlin Monro kimi geyinmək arzusundasınızsa, onun geyimi ilə bağı bəzi sirrləri öyrənin.

Merlin Monro əsasən təzad təşkil edən rənglərdən istifadə etməyə üstünlük verirdi. Bu mövsüm dəbdə olacaq kvadrat cizgili, çiçəkli geyimlər onun sevimlisi idi. Qısa ətəkli şalvar və incə topuqlu ayaqqabılardan imtina etməzdi heç vaxt. Müasir bir görünüş üçün Monro stilini seçirsinizsə, incə və dərin dekolteli geyimlərə üstünlük verə bilərsiniz.

İdman tərzi üçün Monro stilini seçənlər dik yaxalar, boğazlı trikotaj və yüksək belli şalvarlara üstünlük versin.

Geyiminizdə bədəninizin ən bəyəndiyiniz nahiyəsini önə çıxarın. Ziddiyyətlərdən yararlanın. Bununla həm incə görünəcəksiniz, həm də diqqətə çarpan bir stilə sahib olacaqsınız.

Merlin yay aylarında açıq rəngli yay geyimlərini zərif makiyaj və daha təbii saçlarla kombinə etməyi sevərdi. Yüksək belli ətəklər Merlinin sevimlilərindən biri idi. Ən əsası, bunu nə ilə kombinə etməkdir. Yüksək belli ətəkləri geyinirsininsə, nazik daban ayaqqabı və ətəyi kölgədə qoymayacaq köynək seçin.
Ardı →