MOTSART VƏ ONLAR...

  • Musiqi
Avropa, əslində, 46 ölkədən ibarət, şərq və qərb hissələrinə bölünən bir coğrafi ərazi deyil. Renessans dövründən üzü bu yana bəstəkarların notlar üzərində cızdığı, rəssamların fırçayla, yazıçıların lələklə yaratdığı bir zövq sistemidir Avropa... Həmçinin kapitalist maraqlarına boyun əyərək soyuyan, qəddarlaşan bir soyuqluqdur Avropa...  Zaman keçdikcə Avropa zövq olaraq yalnız həmin bəstəkarların not dəftərlərinin arasında, rəssamların qurumuş fırçalarında qaldı. Venesiya, Milan, Vyana, Praqa, Münhen, Madrid, Moskva, Sankt-Peterburq bəstəkarları cəmi yeddi notla bir neçə əsr zövqə aid olan Avropanı, qəddar Avropadan -«Köhnə Dünya»dan qorudular…

Hazırda oxuduğunuz bu yazıda da həmin xilaskarların müəmma dolu həyatından bəhs edəcəyik… İlk olaraq kimdən başlayaq? Bəlkə… Cüzeppe Verdidən?
Davamı →