Sənət və şəxsiyyət işığında - Vagif Yusifli

 O, filosof idi, fəlsəfə elmləri namizədiydi. Moskvada — Qorki adına Ədəbiyyat İnstitutunun Tənqid şöbəsini fərqlənmə diplomu ilə bitirmişdi. Bakıya böyük arzularla qayıtmışdı. Beyni-başı yeni ideyalarla doluydu, məqsədi bu idi: «Mənim həyatda, elm və sənətdə pərəstiş etdiyim -elmin, sənətin qüdrəti ilə insanların şüurunu, duyğularını ülvi bir səviyyəyə qaldırmaq və onlara hökmran olmaq səlahiyyətidir. Bu hökmranlığı mən sevir, təqdir və tərənnüm edirəm». A.Əfəndiyev uzun müddət Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda çalışmışdı, ADU-da, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda estetikadan, dialektik və tarixi materializmdən, həmçinin Qərb və rus ədəbiyyatından mühazirələr oxumuşdu. Lakin o, Qərb ədəbiyyatını dərindən bilsə də, dünya fəlsəfi fikrinin qaynaqları ilə tanış olsa da, mənəvi varlığı bütünlüklə söz sənətinə, konkret desək, Azərbaycan ədəbiyyatına bağlı idi. Bununla yanaşı, qeyd edək ki, Azərbaycan ədəbi tənqidində ən çox mübahisə doğuran tənqidçi də Asif Əfəndiyev olmuşdu. Asif Əfəndiyev ədəbi tənqidə yeni üslub gətirdi və bunu danmaq olmaz.         

Davamı →