Nabokovun hekayəsi: Unudulmuş bir şair

1899-cu ildə Rus Ədəbiyyatını İnkişafetdirmə Dərnəyi adlı qabaqcıl bir mədəniyyət müəssisəsi o dövrün passiv, sakit Sankt-Peterburqunda, yarım əsr əvvəl gəncliyinin ən parlaq çağında – iyirmi dörd yaşında ölmüş şair Konstantin Perovun xatirəsini təntənəli şəkildə əbədiləşdirməyə qərar verdi. Perova Rusiyanın Artur Rembosu deyirdilər, fransız cavanın dühası ondan üstün olsa da, bu müqayisə çox da yersiz deyildi. Bəzi pasajları ənənəvi şərq mühitinin qəlibini yırtaraq həqiqi şeir duyğusunu insanın onurğasında hiss etdirən, bənzərsiz bir cənnət layihəsi olan, uzun, mürəkkəb “xəyal dastanı”nı – möhtəşəm “Gürcü gecələri”ini hələ on səkkiz yaşında yazmışdı.

Davamı →