Mandela effekti

İnternet istifadəçiləri arasında son illərdə məşhurlaşan bir teoriya var. Bu Mandela effekti və ya bəzən də Berenstein nəzəriyyəsi kimi adlanır. Bu nəzəriyyə haqqında internetdə ilk dəfə 2010-cu ildə Fiona Broome adlı bir bloqqer yazıb. O, bloq yazısında qeyd edib ki, Nelson Mandelanın 1980-ci illərdə həbsdə olarkən öldüyünü çox əminliklə xatırlayırmış, daha sonra isə əslində belə olmadığını öyrənib(bloq yazılan dövrdə Mandela sağ idi, 2013-cü ildə vəfat edib) [1].
Bunu heç cürə qəbul edə bilmir və bu hadisəni internetdə paylaşaraq digər insanların da belə düşünüb-düşünmədiyi barədə öyrənmək istəyir. Qəribə şəkildə, həmin yazıya gələn rəylərdə bir çox insan da Mandelanın həbsdə olduğu dövrdə öldüyünü xatırladığını yazır.
Davamı →

Nelson Mandelanın həyatdan öyrəndikləri

Mənim olkəmdə adamı birinci həbsxanaya gondərirlər, sonra prezident secirlər.Mənim ölkəmdə adamı birinci həbsxanaya göndərirlər, sonra prezident seçirlər.

Əmin oldum ki, cəsarət qorxunun olmamağı deyil, ona qalib gəlməkdir. İgid insan – qorxu hissi olmayan yox, onunla mübarizə aparandır.

Afrika musiqisinin möcüzəvi gözəlliyi ondadır ki, o kədərli əhvalatı belə sənə şən təqdim edir. Sən kasıb ola, qutulardan qurulan evdə yaşaya, işini itirə bilərsən, bax, onda bircə bu musiqi sənə ümid verər.

Cəmiyyəti dəyişmək elə də çətin deyil. Çətini özünü dəyişməkdir.

Həbsxanada keçirdiyim 27 ilə minnətdaram, çünki mənə fikrimi cəmləməyə imkan yaratdı. Azadlığa çıxandan mən bu imkanı itirmişəm.

Azadlıq “qismən” ola bilməz.

Həbsxanada zibillikdə işləməyi sevirdim. Hərdən ordan qəzet səhifələri tapırdım. Həbsxanaya qəzet göndərmirdilər, ona görə mən də o səhifələri təmizləyir, axşam otağımda oxuyurdum. Nə vaxtsa mətbuatı bu qədər qiymətləndirəcəyim ağlıma gəlməzdi.


Ardı →